• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Pley-offa 4 vəsiqə qaldı

Avropa Liqası

4-12-2023, 18:0

Noyabrın 30-da Avropa Liqasının (AL) qrup mərhələsinin 5-ci turunun oyunları keçirildi.

“Football-plus.az” xəbər verir ki, 4-cü turdan sonra D qrupunda “Atalanta”, H qrupunda isə “Bayer-04” pley-offa vəsiqə qazanmışdı. Hesabat turunun 16 matçında qeydə alınan nəticələrdən sonra daha 10 komandanın mübarizəni bu turnirdə davam etdirəcəyi rəsmiləşdi. Başqa sözlə, 6-cı turda pley-offa ayrılan son 4 vəsiqənin sahibi müəyyənləşəcək.
A qrupunda “Vest Hem” və “Frayburq” uyğun olaraq TSÇ-yə (1:0) və “Olimpiakos”a (5:0) qalib gəlməklə pley-offda oynamaq hüququ qazandılar. Hesabında 12 xal olan İngiltərə və Almaniya klubları sonuncu turda Londonda 1-ci yeri tutmaq uğrunda vacib matça çıxacaq. Xatırladaq ki, Devid Moyesin çalışdırdğı “Vest Hem” oktyabrın 5-də “Frayburq”a səfərdə 2:1 hesabıyla qalib gəldiyi üçün hazırda ilk sıranı tutur. Başqa sözlə, “çəkicdöyənlər”ə liderliyi qorumaq üçün evdə uduzmamaq kifayət edəcək.
B qrupunda da “böyük beşlik” liqalarının təmsilçiləri ilk iki yeri özünə təmin edib. “Ayaks”a dramatik keçən matçda 4:3 hesabıyla qalib gələn “Marsel” liderliyini davam etdirdi. “Brayton” isə Yunanıstanda AEK-i minimal hesabla üstələməklə azı 2-ci yerdəki mövqeyini qorudu. Sonuncu turda “Marsel”i qəbul edəcək “Brayton” qələbə qazanacağı halda qrupu lider kimi başa vuracaq.

C qrupunda bütün suallara sonuncu turda cavab tapılacaq. Belə ki, “Betis”, “Reyncers” və “Sparta”nın mübarizəni AL-də davam etdirmək şansı qalır. Hazırda sonuncu yeri tutan “Aris” isə ən yaxşı halda 3-cü yeri tutaraq Konfrans Liqasının pley-offuna vəsiqə qazana bilər.

D qrupunda pley-offa erkən vəsiqə qazanan “Atalanta” evdə “Sportinq”ə uduzmamaqla (1:1) liderliyi, başqa sözlə, birbaşa 1/8 finalda oynayacağını rəsmiləşdirdi. Xatırladaq ki, İtaliya klubu oktyabrın 5-də Lissabonda 2:1 hesabıyla qalib gəldiyi üçün əsas rəqibi üzərində şəxsi oyunlarda üstünlük qazanıb. “Sportinq” 1/8 finalda oynamaq üçün AL-in pley-off mərhələsində uğur qazanmağa çalışacaq.

E qrupunda LASK-ın qapısından 4 cavabsız top keçirən “Liverpul” liderliyi təmin etdi. 2-ci yer uğrunda mübarizə “Tuluza” və “Yunion” arasında gedəcək. Fransa və Belçika təmsilçilərinin şəxsi oyunları heç-heçə (1:1, 0:0) başa çatdığı üçün sonuncu turun oyunları böyük əhəmiyyət daşıyacaq.
F qrupunda turu qələbə ilə başa vuran “Renn” və “Vilyarreal” azarkeşlərini erkən sevindirən komandaların sırasına qoşuldu.

Qeyd edək ki, “Makkabi” (Hayfa) ilə ev oyunu dekabrın 6-na təxirə salınan “Vilyarreal”ın sonda 1-ci yeri tutmaq üçün yaxşı şansı var. Hazırda Fransa klubundan 3 xal geri qalan İspaniya təmsilçisinə “Makkabi”dən 3 xal alacağı halda sonuncu oyunda “Renn”ə uduzmamaq kifayət edəcək. Ona görə ki, pireneylilər evdə fransızlara 1:0 hesabı ilə qalib gəliblər.

G qrupuna “Roma”və “Slaviya”nın pley-offa çıxmaq şansı yüksək idi. Bu komandalar arasında qrup liderliyi uğrunda rəqabətdə çexiyalılar önə keçdilər. İtaliya klubunun “Servett” ilə oyunda (1:1) büdrəməsindən maksimum yararlanan “Slaviya” “Şerif”ə qalib gəlməklə (3:2) 1-ci yerdə qaldı.
Nəhayət, H qrupunda “Bayer-04”ün AL-də maksimum nəticə ilə irəliləyən yeganə iştirakçı olduğunu xüsusi vurğulamalıyıq. Xabi Alonsonun komandası səfərdə iki cavabsız qolla qalib gəldiyi “Həkken”in məğlubiyyət seriyasını 5-ə çatdırdı. “Molde” ilə şəxsi oyunlarda (1:0, 2:2) üstünlük qazanan “Qarabağ”ın 2-ci yerin sahibi kimi AL-in pley-offuna çıxmaq şansı yüksəkdi. Azərbaycanın son çempionu qrupun və turnirin autsayderi olan “Həkken”ə evdə qalib gəlməklə mövqeyini qoruya bilər. Ağdamlıları qrupun son oyunlarının heç-heçə bitməsi və həm özünün, həm də “Molde”nin uduzması da qane edəcək.

qrup mərhələsi, 5-ci tur
A qrupu
TSÇ (Serbiya) - Vest Hem (İngiltərə) 0:1
Souçek, 89.
Vest Hem: Fabianski, Kressuell (Emerson, 79), Agerd, Mavropanos, Conson (Kerer, 79), Uord-Prouz, Souçek, Fornals, Paketa, Benrahma (Korne, 67), Mubama (İnqz, 67).
Frayburq (Almaniya) - Olimpiakos (Yunanıstan) 5:0
Qreqoriç, 3; 8; 36. Sildilya, 42. Doan, 77.
Frayburq: Atubolu, Ginter, Linhart (Qulde, 66), Sildilya, Makenqo, Höfler (Şolloi, 78), Qrifo (Veyshaupt, 78), Eqqeştayn, Doan, Qreqoriç (Röl, 66), Höler (Adamu, 67).

1. Vest Hem 5 4 0 1 8-4 12
2. Frayburq 5 4 0 1 17-5 12
3. Olimpiakos 5 1 1 3 6-12 4
4. TSÇ 5 0 1 4 4-14 1
Sonuncu turun oyunları dekabrın 14-də keçiriləcək: Vest Hem – Frayburq, Olimpiakos - TSÇ.

B qrupu 
Marsel (Fransa) - Ayaks (Niderland) 4:3
Obameyanq, 9-p.; 48. 90+3-p. Mbemba, 26 – Brobbi, 10; 30. Ekpom, 80.
Marsel: P.Lopes, Kloos, Mbemba, Ciqo, Lodi (Murilyo, 87), Kondoqbiya, Veretu (Vitinya, 87), Harit (Ounahi, 87), Obameyanq (Meyte, 90+5), Korrea (Ndiaye, 66), Sarr.
AEK (Yunanıstan) - Brayton (İngiltərə) 0:1
Joao Pedro, 55-p.
Brayton: Verbruggen, Veltman, Dank, İqor Julio, Qross, Gilmor (Baleba, 88), Mitoma (Daud, 69), Hişelvud, Joao Pedro (Milner, 77), Ferqyuson (Duffus, 88), Adinqra.

1. Marsel 5 3 2 0 14-9 11
2. Brayton 5 3 1 1 9-5 10
3. AEK 5 1 1 3 5-9 4
4. Ayaks 5 0 2 3 7-12 2
14 dekabr: Ayaks – AEK, Brayton - Marsel.

C qrupu
Sparta (Çexiya) - Betis (İspaniya) 1:0
Haraslin, 54.
Betis: R.Silva, Pesselya, Ruibal, Abner (Miranda, 84), Quardado (Villian Joze, 84), Roka, G.Rodriges, Fekir (İsko, 46), İqlesias, Ezzalzuli (Peres, 74), Diao (Luis Enrike, 76).
Reyncers (Şotlandiya) - Aris (Cənubi Kipr) 1:1
Makkozlend, 49 – Babika, 28.

1. Betis 5 3 0 2 7-4 9
2. Reyncers 5 2 2 1 5-4 8
3. Sparta 5 2 1 2 6-6 7
4. Aris 5 1 1 3 6-10 4
14 dekabr: Betis – Reyncers, Aris - Sparta.

D qrupu
Atalanta (İtaliya) - Sportinq (Portuqaliya) 1:1
Skamakka, 23 – Edvards, 56.
Atalanta: Musso, Skalvini (Bakker, 87), Cimşiti, Kolaşinats (Holm, 86), Rucceri, Hatebur, De Roon, Koopmeyners (Mirançuk, 69), Ederson, Skamakka (Muriel, 64), Lukmen (Paşaliç, 64).
Şturm (Avstriya) - Rakuv (Polşa) 0:1
Yeboa, 81.

1. Atalanta 5 3 2 0 8-4 11
2. Sportinq 5 2 2 1 7-6 8
3. Şturm 5 1 1 3 4-6 4
4. Rakuv 5 1 1 3 3-6 4
14 dekabr: Rakuv – Atalanta, Sportinq - Şturm.

E qrupu
Liverpul (İngiltərə) - LASK (Avstriya) 4:0
Dias, 12. Qakpo, 15; 90+2. M.Salah, 51-p.
Liverpul: Kelleher, C.Qomes, Simikas (Çambers, 82), Konate (Aleksander-Arnold, 56), Kuansa, Endo, Qravenberx (Bredli, 82), Elliott, M.Salah (Cons, 56), Qakpo, Dias (Nunyes, 56).

Tuluza (Fransa) - Yunion (Belçika) 0:0

1. Liverpul 5 4 0 1 16-5 12
2. Tuluza 5 2 2 1 6-8 8
3. Yunion 5 1 2 2 3-7 5
4. LASK 5 1 0 4 5-10 3
14 dekabr: LASK – Tuluza, Yunion - Liverpul.

F qrupu
Makkabi (Hayfa, İsrail) - Renn (Fransa) 0:3
Terrye, 29. Quyri, 48. Rider, 90+3.
Renn: Mandanda, Omari, Vu, Teate, Trüffer (Naqida, 62), Assinyon, Matiç (Blyas, 81), Le Fee (Santamariya, 62), Quyri (Ryeder, 62), Terrye, Yıldırım (D.Due, 71).

Vilyarreal (İspaniya) - Panatinaikos (Yunanıstan) 3:2
Baena, 29. Kamesanya, 34. Morales, 47 - Palasios, 66. Yannidis, 81.
Vilyarreal: Reyna, Albiol (Qabbya, 46), A.Moreno, Foyt (Alti, 78), Kueka, Parexo, Trigeros (Pedrasa, 77), Komesanya, Baena (X.Moreno, 68), Morales (Brereton, 68), Axomaş.

1. Renn 5 4 0 1 11-3 12
2. Vilyarreal 4 3 0 1 6-5 9
3. Panatinaikos 5 1 1 3 6-8 4
4. Makkabi H 4 0 1 3 1-8 1
14 dekabr: Renn - Vilyarreal, Panatinaikos - Makkabi H.

G qrupu
Servett (İsveçrə) - Roma (İtaliya) 1:1
Bediya, 50 – Lukaku, 21.
Roma: Svilar, Lyorente, Çelik, Ndika, Paredes, Kristante, Auar (Pelleqrini, 55), Bove (Belotti, 81), Əl-Şaaravi (Spinatsola, 74), Lukaku, Dibala (Sanşeş, 81).

Şerif (Moldova) - Slaviya (Çexiya) 2:3
Tovar, 45+3. Nqom-Mbekeli, 56 – Yureçka, 19. Zafeyris, 78. Ticani, 90+5-p.

1. Slaviya 5 4 0 1 13-4 12
2. Roma 5 3 1 1 9-4 10
3. Servett 5 1 2 2 4-9 5
4. Şerif 5 0 1 4 5-14 1
14 dekabr: Slaviya - Roma, Servett - Şerif.

H qrupu
Həkken (İsveç) - Bayer-04 (Almaniya) 0:2
Bonifas, 14. Şik, 74.
Həkken: Abrahamsson, Hovland, Totland, Ousu, Riiqard, Qustafson, Abdulrazak, Amane (Dahbo, 68), Layuni, Çilufya (Sonko, 68), Hrstiç (Yussef, 80).
Bayer-04: Kovarj, Ta (Kossunu, 80), Tapsoba, Stanişiç, İnkapye, Andrix, Tella (Şik, 63), Puerta (Orye, 88), Qlojek (Hofmann, 80), Adli, Bonifas (Mbamba, 46).

Molde (Norveç) - QARABAĞ 2:2
Eriksen, 82; 87 - Juninyo, 12. Mustafazadə, 90+5.

1. Bayer-04 5 5 0 0 14-2 15
2. QARABAĞ 5 2 1 2 5-8 7
3. Molde 5 2 1 2 11-7 7
4. Həkken 5 0 0 5 2-15 0
14 dekabr: QARABAĞ - Həkken, Bayer-04 - Molde.

Bombardirlər: Joao Pedro (Brayton), Obameyanq (Marsel) - 5.

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

4-11-2022, 12:0

"Mərhələni "Qarabağ" keçsəydi, məyus olmazdıq" - Antuan Kombuare

Avropa Liqası

1-09-2023, 10:0

Avropa Liqasının qrup mərhələsinin bütün iştirakçıları

Dünya futbolu

16-06-2023, 18:0

Son tura 7 vəsiqə qaldı - TƏHLİL

Avropa Liqası

17-09-2023, 18:0

Avropa Liqası, 2023/24 mövsümü - TƏQVİM

Manşet / Yazarlar

29-10-2022, 12:0

Zirvə yarışında çətin duruma düşən "Qarabağ" - TƏHLİL

Aktual
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
“Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
“Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
“Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
"Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
“Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
Son xəbərlər
  • Bu gün, 13:49
    PSJ-də bonus sistemi yeniləndi
  • Bu gün, 13:28
    Mövsümü xilas etməyin yeganə yolu... – bütün hakimlər "həbs olunmalıdı"!
  • Bu gün, 13:07
    70-ci dəfə həftənin ən yaxşısı sayıldı
  • Bu gün, 12:56
    AFFA-dan "Neftçi"yə cəza yağdı - 26 min 200 manat!
  • Bu gün, 12:25
    “DH Volley” yüksək liqada gümüş medal qazandı - VİDEO
  • Bu gün, 11:54
    Boksçumuz qələbə qazandı - Dünya Kuboku
  • Bu gün, 11:23
    “Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
  • Bu gün, 10:52
    Premyer-liqada yerli bombardir qıtlığı: penalti olmasa, Eminlə Toral da olmazdı!
  • Bu gün, 10:31
    “Çempionşip, biz gəlirik!” - De Zerbi də “Tottenhem”ə qələbə qazandıra bilmədi
  • Bu gün, 10:00
    Daha beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Bu gün, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
  • Dünən, 23:45
    Çempionlar Liqasında hamını arxada qoydu
  • Dünən, 22:55
    Ferstappen mövsümün sonuna qədər “Red Bull”dan getməyəcək
  • Dünən, 22:26
    Cokoviç Olimpiadadan sonra karyerasını bitirmək istəyir
  • Dünən, 21:55
    Maradonanın ölümünə görə yeni proses başladı
  • Dünən, 21:34
    “Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
  • Dünən, 21:03
    Fanatlar fotoqraflara xəsarət yetirdilər
  • Dünən, 20:32
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 20:01
    Rəhim Həsənov Elçin Məsiyevlə İnqilab Məmmədovun səhvlərini açıqladı - VİDEO
  • Dünən, 19:40
    “Neftçi”yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik" - BƏYANAT
  • Dünən, 19:09
    42 yaşında “daha bəsdi” dedi
  • Dünən, 18:38
    Avtoqəzada həlak oldu...
  • Dünən, 18:07
    “Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
  • Dünən, 17:52
    “Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
  • Dünən, 17:31
    “Palmeyras”ın qələbə seriyası San Paulu derbisində qırıldı - İCMAL
  • Dünən, 17:10
    ''Zenit'' liderliyi ''Krasnodar''dan ala bilmədi - İCMAL
  • Dünən, 16:59
    “İnter” “Komo”nu “ÇL zonası”ndan çıxardı - İCMAL
  • Dünən, 16:28
    “Monako” darmadağın oldu və 7-ci pilləyə düşdü - İCMAL
  • Dünən, 15:57
    Dörd komanda növbəti mərhələyə vəsiqəni təmin edib
  • Dünən, 15:36
    Lebron: 12 min məhsuldar ötürmə!
  • Dünən, 15:15
    Prezident kuboku “Kolorado”ya veriləcək
  • Dünən, 14:54
    "Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
  • Dünən, 14:33
    “Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
  • Dünən, 14:12
    1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
  • Dünən, 13:51
    Qax Lənkəran nağılını bitirdi
Daha çox
Oxunub: 546
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 267
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 263
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 238
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 183
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 182
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə