• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Pley-offa son 4 vəsiqə “Reyncers”, “Sparta”, “Tuluza” və “Qarabağ”ın oldu

Avrokuboklar / Avropa Liqası

16-12-2023, 16:0

Dekabrın 14-də Avropa Liqasının (AL) qrup mərhələsinin 6-cı turu keçirildi. Bununla da bu mərhələyə yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, 5-ci turdan sonra 12 komanda turnirin pley-offuna vəsiqə qazanmışdı. Hesabat turuda qeydə alınan nəticələrdən sonra daha 4 komandanın mübarizəni AL-də davam etdirəcəyi rəsmiləşdi.

A qrupunda “Vest Hem” və “Frayburq” sonuncu tur ərəfəsində pley-offda oynamaq hüququ qazanmışdılar. Hesabında 12 xal olan İngiltərə və Almaniya klubları cümə axşamı Londonda 1-ci yeri tutmaq uğrunda vacib matça çıxdılar.

Qeyd edək ki, Devid Moyesin çalışdırdğı “Vest Hem” oktyabrın 5-də “Frayburq”a səfərdə 2:1 hesabı ilə qalib gəldiyi üçün ilk sıranı tuturdu. Başqa sözlə, “çəkicdöyənlər”ə liderliyi qorumaq üçün evdə uduzmamaq kifayət edəcəkdi. Onlar bu vəzifənin öhdəsindən artıqlamasıyla gəldilər. 2:0 hesabıyla qalib gələn İngiltərə klubu qrup lideri kimi birbaşa 1/8 finala vəsiqə qazandı.

B qrupunda da “böyük beşlik” liqalarının təmsilçiləri ilk iki yeri özünə təmin etmişdilər.“Marsel” həlledici tura lider kimi başlamışdı. 2-ci yerdə olan “Brayton” evdə “Marsel”i məğlub edəcəyi halda qrupu 1-ci yerdə başa vuracaqdı. İtaliyalı baş məşqçilərin – Roberto De Zerbi ilə Cennaro Qattuzonun duelindən birinci qalib çıxdı. Minimal hesabla qalib gələn “Brayton” qrupu lider kimi başa vurdu.

Yalnız C qrupunda bütün suallara sonuncu turda cavab tapıldı. Belə ki, “Betis”, “Reyncers” və “Sparta”nın AL-də mübarizəni davam etdirmək şansı qalırdı. “Betis”i səfərdə 3:2 hesabı ilə məğlub edən “Reyncers” liderliyi rəsmiləşdirdi. “Aris”ə qalib gələn (3:1) “Sparta” isə 2-ci yerə sahib çıxdı. “Betis”in 3-cü yeri tutaraq Konfrans Liqasının (KL) pley-offuna yollanması qrup mərhələsinin ən gözlənilməz faktı oldu.

D qrupunda pley-offa hələ 4-cü turda vəsiqə qazanan “Atalanta” son oyun ərəfəsində liderliyi rəsmiləşdirmişdi. “Sportinq” isə 5-ci turda AL-in pley-off mərhələsindəki yerini təmin etmişdi.

E qrupunda “Liverpul” liderliyi təmin etmişdi. İngiltərə nəhəngi qeyri-optimal heyətlə “Yunion”a uduzdu. Amma 2:1 hesablı qələbə belçikalıları çox da sevindirmədi. Ona görə ki, “Tuluza” LASK-a qalib gəlməklə 2-ci yer uğrunda mübarizədən qalib çıxdı.

F qrupunda “Renn” və “Vilyarreal” azarkeşlərini erkən sevindirən komandalar sırasında idilər. “Vilyarreal” Fransada qalib gəlməklə (3:2) 1-ci yeri tutdu.

G qrupunda keçirilən son oyunlar cədvəldə dəyişikliyə səbəb olmadı. Turnirin son finalçısı “Roma”nın qrup liderliyi uğrunda rəqabətdə “Slaviya”dan geri qalması gözlənilməz oldu.
Nəhayət, H qrupunda “Bayer-04”ün AL-də maksimum nəticə ilə irəliləyən yeganə iştirakçı olduğunu xüsusi vurğulayaq.

Gözlənildiyi kimi, 2-ci yerin sahibi kimi AL-in pley-offuna çıxmaq şansı yüksək dəyərləndirilən “Qarabağ” da mübarizəni bu turnirdə davam etdirəcək. Azərbaycanın son çempionu 2:1 hesabı ilə qalib gəldiyi “Həkken”in məğlubiyyət seriyasını 6-ya çatdırdı. Beləliklə, ağdamlılar pley-offda Çempionlar Liqasının qruplarında 3-cü yeri tutan komandalardan biri ilə qarşılaşacaq. Mümkün rəqiblər “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor” (Ukrayna) olacaq. AL-in 1/8 finalına vəsiqə verəcək iki oyundan ibarət pley-offun püşkü dekabrın 18-də atılacaq.

qrup mərhələsi, 6-cı tur
A qrupu
Vest Hem (İngiltərə) - Frayburq (Almaniya) 2:0

Kudus, 14. Alvares, 42.
Vest Hem: Fabianski, Tsoufal (Kerer, 88), Emerson, Agerd, Mavropanos, Uord-Prouz, Souçek, Paketa (Mubama, 72), Alvares (Fornals, 54), Kudus (Korne, 88), Bouen (İnqz, 72).
Frayburq: Atubolu, Qulde, Ginter, Sildilya, Makenqo (Kübler, 74), Höfler, Qrifo (Veyshaupt, 69), Eqqeştayn (Höler, 56), Şolloi (Röl, 46), Doan, Qreqoriç (Adamu, 56).
Olimpiakos (Yunanıstan) - TSÇ (Serbiya) 5:2
Əl-Kaabi, 21. Podense, 40; 42. İliç, 46-öz qapısına. Əl-Ərəbi, 68 – Cakovats, 48. Çirkoviç, 61.

1. Vest Hem 6 5 0 1 10-4 15
2. Frayburq 6 4 0 2 17-7 12
3. Olimpiakos 6 2 1 3 11-14 7
4. TSÇ 6 0 1 5 6-19 1

B qrupu
Brayton (İngiltərə) - Marsel (Fransa) 1:0

Joao Pedro, 88.
Brayton: Stil, Dank, İqor Julio, Van Hekki, Qross, Gilmor (Baleba, 90), Mitoma, Hinşelvud (Milner, 73), Buonanotte (Lallana, 74), Joao Pedro (Veltman, 90), Adinqra (Ferqyuson, 64).
Marsel: P.Lopes, Kloos, Mbemba, Lodi (Murilyo, 55), Balerdi, Veretu (Kondoqbiya, 78), Harit (Sarr, 78), Ounahi, Obameyanq, Meyte, Vitinya (Ndiaye, 52).
Ayaks (Niderland) - AEK (Yunanıstan) 3:1
Ekpom, 5; 56. Teylor, 20 – Qarsiya, 15.

1. Brayton 6 4 1 1 10-5 13
2. Marsel 6 3 2 1 14-10 11
3. Ayaks 6 1 2 3 10-13 5
4. AEK 6 1 1 4 6-12 4

C qrupu
Betis (İspaniya) – Reyncers (Şotlandiya) 2:3

Miranda, 14. Peres, 37 – Sima, 10. Dessers, 20. Ruf, 78.
Betis: R.Silva, Pesselya, Belyerin (Ruibal, 82), Miranda, Quardado, İsko, Karvalyo (Luis Enrike, 82), Roka, Peres, İqlesias (Villian Joze, 70), Diao (Ezzalzuli, 70).
Aris (Cənubi Kipr) - Sparta (Çexiya) 1:3
Benqtsson, 84 – Kuxta, 4. Birmançeviç, 11; 45+1.

1. Reyncers 6 3 2 1 8-6 11
2. Sparta 6 3 1 2 9-7 10
3. Betis 6 3 0 3 9-7 9
4. Aris 6 1 1 4 7-13 4

D qrupu
Rakuv (Polşa) - Atalanta (İtaliya) 0:4

Muriel, 14; 72. Bonfanti, 26. De Ketelare, 90+2.
Atalanta: Karnesekki (Rossi, 84), Hatebur, Holm (Palestra, 84), Zortea, De Lunqo, Bonfanti, Paşaliç, Mirançuk (De Nipoti, 89), Adopo (Mendisino, 89), De Ketelare, Muriel (Sisse, 90).
Sportinq (Portuqaliya) - Şturm (Avstriya) 3:0
Dyokereş, 39. İnasio, 60; 71.

1. Atalanta 6 4 2 0 12-4 14
2. Sportinq 6 3 2 1 10-6 11
3. Şturm 6 1 1 4 4-9 4
4. Rakuv 6 1 1 4 3-10 4

E qrupu
Yunion (Belçika) - Liverpul (İngiltərə) 2:1

Amura, 32. Puertas, 43 – Kuonsa, 40.
Liverpul: Kelleher, Konate (C.Qomes, 46), Çambers (Skanion, 71), Kuansa, Bredli, Endo (Qravenberx, 46), Cons, Elliott, Qakpo, Qordon (Makkonnel, 75), Doak (Nunyes, 63).
LASK (Avstriya) - Tuluza (Fransa) 1:2
Lyubiçiç, 61 – Dallinqa, 54. Suaso, 83.
Tuluza: Rest, Nikolaysen, Koşta, Diarra, Mavissa Elebi (Keben, 90+4), Syerro, Kasseres (Skyuttya, 76), Dönnum, Xelabert (Jenro, 67), Dallinqa (Suaso, 76), Sissoko (Maqri, 67).

1. Liverpul 6 4 0 2 17-7 12
2. Tuluza 6 3 2 1 8-9 11
3. Yunion 6 2 2 2 5-8 8
4. LASK 6 1 0 5 6-12 3

F qrupu
Renn (Fransa) - Vilyarreal (İspaniya) 2:3

Assinyon, 37. Blyas, 79 – X.Moreno, 36-p. Axomaş, 63. Parexo, 80.
Renn: Mandanda, Vu, Teate, Assinyon, Belosyan (Trüffer, 69), Naqida (İ.Salah, 69), Matiç, Burijo (Blyas, 55), Le Fi, Terrye (Kalimuendo, 84), Yıldırım (Quiri, 69).
Vilyarreal: Reyna, Albiol, Qabbya, Foyt (Terrats, 48), Alti, Kapue (Kueka, 85), Parexo, Baena, X.Moreno (Brereton, 86), Sörlot (Morales, 73), Axomaş (Koklen, 73).
Panatinaikos (Yunanıstan) - Makkabi (Hayfa, İsrail) 1:2
Yannidis, 89 – David, 20. Çeri, 74.

1. Vilyarreal 6 4 1 1 9-7 13
2. Renn 6 4 0 2 13-6 12
3. Makkabi H 6 1 2 3 3-9 5
4. Panatinaikos 6 1 1 4 7-10 4

G qrupu
Roma (İtaliya) - Şerif (Moldova) 3:0

Lukaku, 21. Belotti, 32. Pizilli, 90+3.
Roma: Svilar, Lyorente (Paredes, 60), Karsdorp, Çelik, Kristante, Sanşeş (Paqano, 61), Auar (Əl-Şaaravi, 46), Zalevski (Mannini, 86), Bove, Belotti (Pizilli, 73), Lukaku.
Slaviya (Çexiya) - Servett (İsveçrə) 4:0
Doudera, 15. Şrants, 25. Xitil, 30; 45+1.

1. Slaviya 6 5 0 1 17-4 15
2. Roma 6 4 1 1 12-4 13
3. Servett 6 1 2 3 4-13 5
4. Şerif 6 0 1 5 5-17 1

H qrupu
Bayer-04 (Almaniya) - Molde (Norveç) 5:1

Şik, 6. Tapsoba, 22. Ellinqsen, 25-öz qapısına. Qlojek, 60; 70 - Kitolano, 75.
Bayer-04: Lomb, Ta (Qrimaldo, 59), Tapsoba (İzekor, 77), Stanişiç, İnkapye, Hofmann (Adli, 59), Andrix, Tella, Puerta, Şik (Mbamba, 59), Qlojek.
Molde: Petersen, Hauqen, Hauqan, Haqelskyar, Lövik, Ellinqsen, Eriksen, Qrödem (Ödeqor, 71), Kitolano (Yuberq-Hovland, 85), Kaasa (Byörnbak, 46), Qulbrannsen (Niheym, 71).
QARABAĞ (AZƏRBAYCAN) - Həkken (İsveç) 2:1
Andrade, 1. Benzya, 45+4 – B.Hüseynov, 90+4-öz qapısına.

1. Bayer-04 6 6 0 0 19-3 18
2. QARABAĞ 6 3 1 2 7-9 10
3. Molde 6 2 1 3 12-12 7
4. Həkken 6 0 0 6 3-17 0

Bombardirlər: Joao Pedro (Brayton) - 6, Lukaku (Roma), Obameyanq (Marsel), Yannidis (Panatinaikos) - 5.

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

4-12-2023, 18:0

Pley-offa 4 vəsiqə qaldı

Avropa Liqası

1-09-2023, 10:0

Avropa Liqasının qrup mərhələsinin bütün iştirakçıları

Avropa Liqası

17-09-2023, 18:0

Avropa Liqası, 2023/24 mövsümü - TƏQVİM

Konfrans Liqası

13-03-2023, 16:0

“Vest Hem” öz rekordunu yeniləməyə davam edir - TƏHLİL

Manşet / Yazarlar

29-10-2022, 12:0

Zirvə yarışında çətin duruma düşən "Qarabağ" - TƏHLİL

Konfrans Liqası

18-02-2023, 20:0

6 oyunda minimal hesab qeydə alındı

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə