Yığmamız 7-8-ci yerlər uğrunda matçda Tacikistanla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:1. U-17 qrup mərhələsində Rusiyaya (0:1), Belarusa (0:2) və Özbəkistana (0:2) uduzub. Beləliklə, komanda beynəlxalq turnirdə sonuncu yeri tutub. “Football-plus.az” son oyunla bağlı U-17-nin baş məşqçisi İlham Yadullayevin fikrini öyrəndi:
“Çox məyusuq. Matça pis başlamadıq, qol imkanlarımız da var idi. İlk hissədə qapımıza 11 metrlik cərimə zərbəsi təyin olunduq, rəqib bundan istifadə edib hesabı açdı. İlk hissə bitməmiş biz də qol vurduq və hesab bərabərləşdik. İkinci yarıda çox asan qol buraxdıq. İstədik yenə hesabı bərabərləşdirək. İrəli atılsaq da, qapımıza yenə qol vurdular və 3:1 məğlub olduq”.
ƏSƏD SEYİDOV





