U-17: dörd məğlubiyyət, sonuncu yer - UTANIN!

24.02.2024 13:30 219
Yığma
17 yaşadək futbolçulardan ibarət millimiz Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə növbəti matçını keçirib.

"Football-plus.az" xəbər verir ki, yığma 7-8-ci yerlər uğrunda matçda Tacikistanla üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:1.

U-17 qrup mərhələsində Rusiyaya (0:1), Belarusa (0:2) və Özbəkistana (0:2) uduzub.

Beləliklə, komanda beynəlxalq turnirdə sonuncu yeri tutub.