U-17 millimiz Rusiyaya məğlub oldu

20.02.2024 15:13 193
Yığma
Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə iştrak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 0:1 hesabı ilə məğlub olub.

U-17 turnirdə növbəti oyununu fevralın 22-də Özbəkistanın 18 yaşadək futbolçulardan ibarət milli komandasına qarşı keçirəcək.

Qeyd edək ki, U-17 ilk matçında Belarusun U-18 komandasına 0:2 hesabı ilə uduzmuşdu.