“Qarabağ”ın futbolçusu ən yaxşı seçildi

11.02.2024 17:21 184
Ölkə futbolu
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandasının iştirakı ilə keçirilən “Bizim gələcəyimiz” turnirinə yekun vurulub. Belarusun paytaxtı Minskdə təşkil olunan yarışın qalibləri və ən yaxşılarının mükafatlandırma mərasimi baş tutub.

"Football-plus.az" xəbər verir ki, ağdamlıların futbolçusu Əli Bəşirov da fərdi mükafata layiq görülüb. O, turnirin ən yaxşı yarımmüdafiəçisi seçilib.

Qeyd edək ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 beş oyun keçirdiyi turnirdə 5-ci yeri tutub. “Qarabağ” qrup mərhələsində Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i eyni – 2:0 hesabı ilə məğlub edib, Belarusun BATE komandası ilə bərabərə qalıb – 1:1. 1/4 finalda Belarus təmsilçisi ROEM-BDU ilə qolsuz heç-heçə edən “Qarabağ” penaltilər seriyasında 6:7 hesabı ilə uduzub. 5-8-ci yerlər uğrunda matçda isə təmsilçimiz yerli “İsloç”a, ardınca Rusiya “Baltika”sına eyni – 1:0 hesabı ilə qalib gəlib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul