U-17 millimiz yenə uduzdu

22.02.2024 15:59 221
Yığma
Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə iştrak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Özbəkistanın 18 yaşadək futbolçulardan ibarət kollektivi ilə qarşılaşan U-17 yığmamız 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, turnirdə 7 və 8-ci yerlər uğrunda oyunlar fevralın 24-də keçiriləcək. Millimiz daha əvvəl Rusiyanın U-17 (0:1) və Belarusun (0:2) U-18 komandasına uduzub.

Yığmamız digər qrupda 4-cü yeri tutan komanda ilə qarşılaşacaq.