Almaniya təmsilçisinin yetərincə ciddi rəqib olduğu bəllidi. Belədə uğurlu nəticə üçün hazırlıq səviyyəsinin yüksək olması zəruridi. Amma və lakin...
"Köhlən atlar" Misli premyer-liqasının 25-ci turunda martın 3-də "Neftçi" ilə qarşılaşacaq. Belədə həmin oyunun təxirə salınmaq ehtimalı yaranır. Necə ki, "Qəbələ" 23-cü tur üçün həmin jesti edib və təxirə salınmış oyun fevralın 28-də keçiriləcək.
Maraqlıdı ki, "Neftçi" artıq "Qarabağ"la oyun üçün afişanı sosial şəbəkə hesabında təqdim edib. Suallar yaranır: "Neftçi" "Qarabağ"ın matçın təxirəsalınması haqda xahişiylə razılaşmayıb? Yoxsa, ümumiyyətlə, Ağdam təmsilçisi bu barədə müraciət etməyib?
PFL-in media və marketinq direktoru Sənan Abdullayev "Football-plus.az"ın sorğusunu cavabladı:
"Hələ ki "Qarabağ" bu barədə bizə müraciət etməyib. Bu baş verərsə və "Neftçi" tərəfinin də razılığı olarsa, oyun təxirə salına bilər. Bakı təmsilçisinin afişa paylaşımına gəlincə, standart durumdu. Matçın keçirilməməsi yönündə ehtimallara təsir etmir".
KƏNAN BAHADIR





