23-cü turdan təxirə salınmış matçın tarixi

9.02.2024 13:59 382
Premyer-liqa
Misli premyer-liqasında 23-cü turdan təxirə salınmış “Qəbələ” – “Qarabağ” matçının tarixi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, qarşılaşma fevralın 28-də, saat 19.00-da Qəbələ şəhər stadionunda baş tutacaq.

Qeyd edək ki, 21-ci turdan sonra "Qarabağ" 50 xalla turnir cədvəlinə başçılıq edir. Hesabında 15 xal olan "Qəbələ" sonuncu - 10-cu pillədə qərarlaşıb.