"Bayer-04" yenə "Qarabağ"a rəqib oldu

23.02.2024 15:27 373
Ölkə futbolu / Avropa Liqası
Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, ölkə futbolu tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanan "Qarabağ"ın da rəqibi məlum olub. Səpələnməmişlər səbətində yer alan Ağdam təmsilçisi 1/8 finalda Almaniyanın "Bayer-04" klubu ilə qarşılaşacaq.

"Qarabağ" bu mərhələdə ilk oyununu öz meydanında keçirəcək.

Qeyd edək ki, 1/8 mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də olacaq.

Xatırladaq ki, "Bayer-04" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubun Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer-04" qrup lideri kimi 1/8 finala, "Qarabağ" isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib.