Klubunda ayın ən yaxşısı seçildi

25.02.2024 13:30 160
Dünya futbolu
“Bavariya”da yanvarın ən yaxşı oyunçusu müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, nominasiyada Aleksandar Pavloviç qalib gəlib. 19 yaşlı yarımmüdafiəçi ötən ay meydana çıxdığı 3 matçda 1 qol vurub.

Almaniyalı futbolçu bu mövsüm bundesliqada keçirdiyi 10 oyunda qapıya 2 dəfə yol tapıb.