Millimiz Belarusa böyük hesabla uduzdu

8.08.2023 10:31 224
Yığma
19 yaşadək futzalçılardan ibarət yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan 2-ci MDB oyunlarında ilk oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, millimiz ev sahibi Belarusla qarşılaşıb. Görüş rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 7:1.

U-19-un heyətində yeganə qolu Qüdrət Qasımzadə vurub.

Qeyd edək ki,millimizin növbəti matçı bu gün Qırğızıstana qarşı olacaq.