"Bayer 04" - "Qarabağ" oyunu 6-cı oldu

28.10.2023 15:56 233
Avropa Liqası
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Almaniyada yerli "Bayer 04" və "Qarabağ" arasında baş tutan qarşılaşma 6-cı sırada yer alıb.

"Bay Arena"dakı görüşdə 29039 tamaşaçı olub.

Ən çox fanat isə "Marsel" (Fransa) - AEK (Yunanıstan) matçında (65092 nəfər) qeydə alınıb.

Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibinə 1:5 hesabı ilə uduzmuşdu.