"Braqa" qələbə qazandı

19.02.2024 11:29 187
Dünya futbolu
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Artur Jorjenin baş məşqçisi olduğu kollektiv 22-ci turda "Farense"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:1. "Braqa"nın qollarını 62-ci dəqiqədə Simon Banza, 85-ci dəqiqədə Çer Ndur vurublar. Qonaqların heyətində Mohamed Bellumi 74-cü dəqiqədə fərqlənib.

"Braqa" 43 xalla 4-cü, "Farense" 26 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" pley-offun ilk oyununda səfərdə qələbə qazanıb - 4:2. Cavab görüşü fevralın 22-də reallaşacaq.