U-21 millimizin oyunlarının stadionu müəyyənləşdi

23.01.2024 11:23 250
Yığma
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində yığmamızın keçirəcəyi oyunların stadionları müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, milli martın 22-də İngiltərə, 26-da isə Ukrayna komandası ilə qarşılaşacaq. Hər iki oyun “Azersun Arena”da keçirləcək.

Qarşılaşmaların başlama saatı hələ açıqlanmayıb.