• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real Sosyedad” Parisdə 2 qolla canını qurtardı

Çempionlar Liqası

19-02-2024, 21:0

PSJ – Real Sosyedad 2:0 (0:0)
PSJ (Paris, Fransa): Donnarumma, Hakimi, Markinyos, Pereyra (Ernandes, 72), Beraldo, Zair-Emeri, Ruis, Vitinya, Dembele (Kolo Muani, 83), Barkola (Asensio, 72), Mbappe.
Real Sosyedad (San-Sebastyan, İspaniya): Remiro, Traore, Subeldiya, Le Norman (Paçeko, 78), Qalan (Aramburu, 88), Subimendi, Merino, Mendes (Turrientes, 78), Kubo, Barreneçea (Zaxaryan, 66), Andre Silva (Sadiq, 78).
Qollar: Mbappe, 58 (1:0). Barkola, 70 (2:0).
Vərəqə: Le Norman, 36. Traore, 90+2 – sarı.
Hakim: Marko Quida (İtaliya).
14 fevral. Paris. 46435 tamaşaçı.

"Football-plus.az" xəbər verir ki, əslində bu oyun “Real Sosyedad” üçün heç də yaxşı dönəmə təsadüf etmədi. Püşk atılan zaman Alquasilin kollektivi yaxşı formada idi və həmin vaxt belə təəssürat oyanmışdı ki, “Sosyedad” güclü rəqibə layiqincə müqavimət göstərməyi bacaracaq. Amma yanvarın sonlarından başlayaraq “Real Sosyedad” qələbə qazanmamaq bir yana, heç qol da vura bilmir. Konkret bu görüşdə Mbappe artıq 5-ci dəqiqədə hesabı aça bilərdi. Amma yaxşı zərbə mövqeyinə çıxan fransalı superulduzun qarşısını qapıçı kəsdi. Hərçənd belə hərəkətli başlanğıcın davamı gəlmədi. “Real Sosyedad” ilk yarıda çox yaxşı müdafiə olunurdu və üstəlik hücumda da şanslar yaxalayırdı. Məsələn, fasilə ərəfəsində Merinonun qüvvətli zərbəsindən sonra parisliləri tir xilas etdi. İkinci hissənin əvvəllərində də oyunun axarı dəyişmədi. “Real Sosyedad” rəqibə şans verməyərək müdafiədə soyuqqanlı təsir bağışlayırdı. Oyunun qırılma anı 58-ci dəqiqəyə təsadüf etdi. Sağ cinahdan qazanılan künc zərbəsi zaman Dembelenin asmasından sonra Markinyos başla topu arxa dirəyə tərəf atdı. Orda isə qəribə şəkildə müdafiəçilərin gözdən buraxdığı Mbappe yaxın məsafədən topu tora göndərdi! Əslində Mbappenin boş qalmasının əsas səbəbi qonaqların sağ müdafiəçisi Traorenin həmin anda meydanda olmaması idi. Belə ki, künc zərbəsindən öncə zədə alan və həkimlərin müdaxiləsindən sonra qaydalara uyğun olaraq meydandan kənara çıxmaq məcburiyyətində qalan 32 yaşlı futbolçu oyuna vaxtında daxil ola bilmədi. Yəni PSJ künc zərbəsi vurarkən qonaqlar meydanda azlıqdaydılar və məhz Traorenin cavabdehlik daşıdığı Mbappe həlledici qolu vurdu. Bu qoldan ruhlanan Paris nəhəngi daha inamlı oynamağa başladı. Bir neçə dəqiqə sonra Mbappe dubl etməyə yaxın olsa da, mükəmməl zərbəsi tirə tuş gəldi. Amma ikinci hissənin ortalarında fərqi artırmaq mümkün oldu. Bu dəfə Barkola əla keçidini dəqiq zərbə ilə tamamladı. Qalan müddətdə PSJ-nin bütün cəhdlərinə baxmayaraq, fərqi darmadağın həddinə çatdırmaq mümkün olmadı. Beləliklə, qrup mərhələsinin ən az qol buraxan komandası “Real Sosyedad” Mbappenin qarşısını kəsə bilmədi. Amma indidən komandanın üstündən xətt çəkmək çox tezdi. Hər halda, ÇL tarixində ilk oyunda 2 top fərqi ilə uduzduqdan sonra mərhələni adlayan çoxlu komanda olub.

Faktlar
* Mbappe ÇL-də 68-ci oyunda 44-cü qolunu vurdu. 25 yaşlı futbolçu indidən bu turnirin ən məhsuldar futbolçuları siyahısında Neymar və Alessaandro Del Pyero kimi ulduzları geridə qoydusa, Didye Droqbanı yaxalamağı bacardı. ÇL tarixində yalnız bir futbolçu – Lionel Messi bu yaşda Mbappedən daha çox qol vurmuşdu. 26 yaşı tamam olmadan Messinin hesabında 59 qol var idi.
* Mbappe ÇL-də start heyətində meydana çıxdığı ardıcıl 10-cu ev oyununda qol vurmaqla turnirin yeni rekordunu müəyyənləşdirdi!
* “Real Sosyedad” XXI əsrdə avrokubokların pley-offunda keçirdiyi 11-ci qarşılaşmada da qələbəyə həsrət qaldı (4 heç-heçə, 7 məğlubiyyət)!
* “Real Sosyedad” ardıcıl 5-ci rəsmi oyunda qola həsrət qalmaqla şəxsi antirekordunu təkrarladı. San-sebastyanlılar daha öncə yalnız bir dəfə - 1973-cü ilin fevral-martında ardıcıl 5 rəsmi oyunda qol vura bilməmişdi. Hazırda komandanın “qol orucu” rəsmi matçlarda 474, ÇL-də isə 339 dəqiqəyə bərabərdi.

oyunun statistikası
14 (6) qapıya (“çərçivə”yə) zərbə 8 (0)
9 künc zərbəsi 7
3 ofsayd 2
6 qayda pozuntusu 15
0 (0) sarı (qırmızı) vərəqə 2 (0)
58 topa sahibolma (faizlə) 42

Oyundan sonra...
Luis Enrike, PSJ-nin baş məşqçisi: “ÇL-də İspaniya təmsilçisi ilə üz-üzə gəlmək çoxdankı arzum idi. Amma oyun heç də rahat keçmədi. “Real Sosyedad” elə-belə rəqib olmadığını göstərdi və bizə ciddi problemlər yaratdı. Belə futbola görə onları təbrik edirəm. Meydanın hər qarışı uğrunda inanılmaz mübarizə aparırdılar. Parisə gəlib bu cür futbolçulara qarşı belə oynamaq hər komandanın işi deyil. Pressinqdən istədiyimiz kimi istifadə etməyə imkan vermədilər. Düzünü desəm, “Sosyedad” ən azı meydanı qolsuz tərk etməyə layiq deyildi. Fasilədə mənə kimsə bu gün 2 cavabsız qolla qalib gələcəyimizi desəydi, həmin an sevincdən rəqs etməyə başlayardım. İkinci hissəni daha inamlı keçirdik. Fasilədən sonra tempi artırdıq. Pressinqdən də fayda görməyə başladıq. Rəqib isə əksinə, bir qədər zəif oynadı. Hücum oyunçularımın performansından razı qaldım. Amma indidən mərhələni keçdiyimizi qətiyyən düşünməməliyik. Cavab oyununa hələ çox var. Vaxtı gələndə o matça hazırlaşacağıq”.
İmanol Alquasil, “Real Sosyedad”ın baş məşqçisi: “İkinci hissə istədiyimiz kimi keçmədi. İlk buraxdığımız qol matçın axarına təsir etdi. O ana qədər meydanda bərabər səviyyəli mübarizə izləyirdik. Belə qol buraxmaq bizə yaraşmadı. Traore həlledici məqamda meydanda olmadı! Bundan sonra PSJ daha inamlı və bizdən yaxşı oynamağa başladı. Ümumi götürəndə sərgilədyimiz futboldan razı qaldım. Nəzərə alaq ki, fasilədən sonra ikidən artıq top buraxa bilərdik. Arzularla yaşamaqda davam edəcəyik. Cavab matçında bugünkü oyunun ilk yarısındakı futbolumuzu sərgiləyə bilsək, mütləq şanslarımız olacaq. Yalnız bu halda PSJ-nin işini çətinləşdirə bilərik”.
Cavab görüşləri martın 5-də keçiriləcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-01-2024, 23:0

“Real Sosyedad” “Selta”nı kubokda da cəzalandırdı

Çempionlar Liqası

15-02-2024, 02:0

"Latsio" "Bavariya"nı, PSJ "Real Sosyedad"ı məğlub etdi

Dünya futbolu

7-07-2022, 10:0

İspaniya millisinin üzvü "Real Sosyedad"da

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

9-01-2024, 23:0

PSJ 12-ci dəfə Superkuboku qazandı

Dünya futbolu

15-08-2022, 09:0

"Real" La Liqaya qələbə ilə start verdi

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 103
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə