• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kot d’İvuar 3-cü çempionluğu necə qazandı?

Dünya futbolu

19-02-2024, 20:0

Yanvarın 13-dən fevralın 11-nə qədər Afrikada yığma komandalar arasında əsas turnirin həyəcanı yaşandı.

"Football-plus.az" xəbər verir ki, 34-cü Afrika Millətlər Kuboku (AMK) regionun futbolu ən çox inkişaf edən ölkələrindən birində - Kot d’İvuarda keçirildi. Qitə çempionatı məhz təşkilatçı ölkənin komandasının qələbəsi ilə sona çatdı. Finalda1:2 hesabıyla uduzan Nigeriya gümüş, Konqo DR yğmasına əsas və əlavə vaxtı qolsuz nəticlənən 3-cü yer uğrunda matçdan sonrakı penalti seriyasında qalib gələn Cənubi Afrika isə bürünc mükafatçı oldu.

Kot d’İvuarın 2-ci təşkilatçılığı
Əsası 1957-ci ildə qoyulan qitə çempionatı Kot d’İvuarda ikinci dəfə təşkil edildi. Turnirə ilk dəfə 1984-cü ildə evsahibliyi edən bu ölkənin komandası onda mükafatçıların sırasına düşə bilməmişdi: “fillər” qrupda Misir və Kamerun yığmalarından sonra 3-cü yeri tutaraq mübarizəni erkən dayandırmışdılar. Həmin yarış finalda Nigeriyanı 3:1 hesabıyla məğlub edən Kamerunun qələbəsi ilə sona çatmışdı. Maraq üçün Misir yığmasının onda 4-cü yeri tutduğunu da xatırladaq. Maraqlıdı ki, Nigeriya Kot d’İvuarda yenə finalda məğlub oldu.

Regionun aparıcı futbol ölkələrindən sayılan Kot d’İvuar indi təşkilatçılıq planında Qana, Misir (hərəyə 4 dəfə), Efiopiya və Tunisdən (3) geri qalır, Sudan, Kamerun, Nigeriya, Cənubi Afrika, Qabon və Ekvatorial Qvineya ilə eyni göstəriciyə malikdi. Yeri gəlmişkən, təşkilatçılıq yüksək səviyyədə keçib. Çoxları hətta son turnirin qitə çempionatının tarixinə ən yaxşı şəkildə təşkil edilən AMK kimi düşdüyünü qeyd edir.

Sensasiyalarla zəngin turnir
Bu dəfəki qitə birinciliyi tarixə sensasiyalarla zəngin turnir kimi düşdü. 1/8 finaldan sonra diqqəti daha çox cəlb edən fakt favoritlərin bir-bir sıradan çıxması oldu. Artıq son çempion Seneqal da mübarizəni dayandırmışdı. Başqa sözlə, qitə çempionatında yeni qalib olacaqdı.

Sözsüz, Mərakeş yığmasının ən güclü 8 komanda sırasına düşə bilməməsi də çox gözlənilməz oldu. Bu komanda FİFA-nın AMK-dən əvvəl - ötən il dekabrın 21-də açıqlanan sonuncu reytinq cədvəlində 13-cü yerdə idi. Amma Əşrəf Hakimi əsas vaxtın sonuna bir neçə dəqiqə qalmış penalti ilə hesabı bərabərləşdirmək imkanını topu qapı tirinə vurmaqla boşa verdi və turnirin ən texnikalı oyun sərgiləyən komandalarından biri evə qayıtmalı oldu. Şimali afrikalılar 1/8 finalda zədəli olan Hakim Ziyeşsiz oynadıqları Cənubi Afrika qarşısında aciz qaldılar - 0:2. Mərakeş millisi sonuncu dünya çempionatında yarımfinala qədər irəliləməklə tarixinin ən yaxşı nəticəsini müəyyən etmişdi...

Afrikanın əvvəlki çempionu da titulu 1/8 finalda əldən verdi. Eduar Mendi kimi qapıçısı, Kalidu Kulibali kimi müdafiəçi və Sadio Mane kimi yüksək səviyyəli hücumçusu olan Seneqal yığması FİFA-nın dekabr ayı üçün reytinqində 20-ci yerə sahib olsa da, iki il əvvəlki uğurunu təkrarlaya bilmədi.
AMK-2022-nin finalçısı Misir də ilk pley-off mərhələsində “silahı yerə qoydu”. 1/8 finalın Konqo DR ilə oyunu “fironlar”ın lideri Məhəmməd Salahsız keçdi. “Liverpul”un vingeri hələ qrup mərhələsində ciddi zədə almışdı. O, yalnız komandası irəliləyəcəyi halda finalda oynaya biləcəkdi. Lakin alınmadı. Portuqaliyalı Ruy Vitoriya fiaskoya uğradı və baş məşqçi postundan qovuldu.

“Qara qitə”də favorit statusunu daşıyan daha iki komandanın nəticəsi isə lap pis oldu. Tunis və Əlcəzair qrup mərhələsini belə adlaya bilmədilər. Hərçənd pley-offda 24 iştirakçının yarıdan çoxu – 16-sı üçün yer ayrılmışdı. Əlcəzairin Anqola, Burkina Faso və Mavritaniyadan sonra qrupu sonuncu yerdə başa vurması çox gözlənilməz oldu. Tunis də Mali, Cənubi Afrika və Namibiya ilə mübarizədə 2 xal toplamaqla 4-cü yeri tutdu. Heyəti kifayət qədər güclü sayılan Qana isə qrupu elə bu qədər xalla Kabo Verde və Misirdən sonra 3-cü yerdə başa vurdu. Bir sözlə, AMK-2023 (təşkili ötən il baş tutmasa da, turnirin əvvəlki adı saxlanılıb) daha əvvəl uğurlu çıxış edən əksər komandalar üçün uğursuz turnir kimi yadda qaldı.

İnanılmaz süjet
Bəs Kot d’İvuar yığması 3-cü çempionluğu necə qazandı? Təşkilatçı ölkənin komandasının turnirdəki çıxışı əsl Afrika nağılına bənzədi. Qeyd edək ki, 34-cü qitə çempionatı 2023-cü ilə təyin olunsa da, əlverişsiz hava şəraitinə görə bu ilin əvvəlinə ertələnmişdi. Bu, indi gələcəkdə baş verəcək ağlagəlməz hadisələrin ilki kimi dəyərləndirilir. Kot d’İvuar yığması qrup mərhələsində heç də gələcək çempionu xatırladan komandaya bənzəmirdi. Startda qələbə qazanan “fillər” Nigeriyaya minimal hesabla uduzdular, Ekvatorial Qvineya qarşısında isə darmadağın oldular – 0:4! Qrupda 3 xal qazandılar.

Belə nəticə ilə 16 iştirakçıdan ibarət turnirdə pley-offçuların sırasına düşmək ehtimalı praktiki olaraq 0-a bərabər idi. Amma ev sahiblərinin bəxti onda gətirdi ki, cari qitə çempionatına 24 komanda qatılmışdı. Yeri gəlmişkən, AÇ-2016-nın gələcək çempionu olan Portuqaliya yığması da qrupda 3-cü yeri tutandan sonra inanılmaz çıxışla yadda qalmışdı. Afrikada ev sahiblərinin taleyi digər qrupda yarışan mərakeşlilərin əlində idi. Bir qədər irəli gedib bir epizodu yada salaq. Finaldan sonra “fillər”in veteran futbolçusu Maks Qradel tribunaya qaçaraq ölkəsinin və Mərakeşin milli bayraqlarını dalqalandırdı. Bu isə səbəbsiz deyildi. Kot d’İvuara 6 qrupda 3-cü yeri tutan komandalar arasında ən yaxşı göstərciyə malik olan “4-lüy”ə düşmək lazım idi. Bu baxımdan əsas rəqiblər Qana və Zambiya idi. Qananı 90+1 və 90+4-cü dəqiqələrdə vurulan qollarla Mozambik dayandırdı. Zambiyanı isə məhz Mərakeş məğlub etdi. Hərçənd DÇ-2022-nin 4-cüsü üçün heç-heçə də kifayət edirdi. Başqa sözlə, “fillər” bu yolla pley-offa vəsiqə qazandılar. Və dərhal son çempion Seneqalla qarşılaşdılar.

Renar Fransada qaldı, Fae şans qazandı
Kot d’İvuarı qeyri-adi çempionluğa Emers Fae daşıdı. Fransada doğulub və yaşayıb, “Nant” və “Nitsa”da çıxış edib. Orta səviyyəli futbolçu olub. Fransa yığmasına layiq bilinmədiyi üçün tarixi vətənindən aldığı təklifi qəbul edib. Vaxtilə heç də yüksək səviyyəli yarımmüdafiəçi sayılmayıb. Heç 40 yaşında da güclü mütəxəssis kimi qələmə verilmir.

Son vaxtlar Kot d’İvuarın gənclərdən ibarət yığmasına başçılıq edirdi. Ölkənin əsas komandasının baş məşqçisi Jan-Lui Qasse onu səviyyəsini artırması üçün öz korpusuna daxil etmişdi. Amma Ekvatorial Qvineyaya rüsvayçı məğlubiyyətdən (0:4) sonra Qasse istefaya göndərildi. Yerli federasiya fransızın yerinə müvəqqəti olaraq hazırda Fransanın qadınlardan ibarət yığmasını çalışdıran Erve Renarı təyin etmək istəyirdi. Onun əvvəlki komandası Səudiyyə Ərəbistanı DÇ-2022-də gələcək çempion Argentinanı məğlub etmişdi (2:1). Lakin fransızlar, belə desək, onun AMK-nın sonuna qədər “icarə”yə verilməsi variantına “yox” dedilər. Nəticədə Kot d’İvuar yığması pley-offa heç də böyük uğurlu keçmişi olmayan gənc mütəxəssis Fae ilə başlamalı oldu.
Ev sahibləri 1/8 finalda seneqallılardan əsla çəkinmədilər. Hərçənd 4-cü dəqiqədə hesabda geri düşmüşdülər. Amma sona qədər mübarizə apararaq penalti ilə cavab qolunu vurdular. Seneqal oyun ərzində bir neçə şansı boşa verdi. Rəqibi isə mübarizəni penalti seriyasına daşıdı və “lotereya”da qalib gəldi. Çempion evə qayıtdı, “fillər” isə çoxlarının gözləmədiyi halda yola davam etdilər.

Maliyə qarşı 1/4 final oyunu daha ağlagəlməz ssenari ilə keçdi. Ev sahibləri fantastik əzmkarlıq nümayiş etdirdilər. Onların qapıçısı Yahya Fofana 17-ci dəqiqədə Adama Traorenin penalti zərbəsini dəf etdi. Müdafiəçi Odilon Kossununun 43-cü dəqiqədə ikinci xəbərdarlığa görə meydandan qovulması malililərin işinə yaramaya bilməzdi. Dorqeles 71-ci dəqiqədə onları hesabda önə keçirdi. Lakin Faenin əvəzləmələri meydan sahiblərinin oyunda dönüş yaratmasına səbəb oldu. Meydana ikinci hissədə daxil olan oyunçulardan Simon Adinqra 90-cı dəqiqədə hesabı bərabərləşdirdi, Umar Diakite isə əlavə vaxtın sonunda Kot d’İvuarın inanılmaz qələbəsini təmin etdi.

Əvvəlcə xərçəngə, sonra AMK-da qalib gəldi!
Pley-offda iki çətin oyunu uğurla başa vuran Faenin həm komandasına, həm də öz gücünə inamının artmaması mümkün deyildi. 4-3-3 taktikası ilə oynayan “fillər”in yarımfinalda Konqo DR-i mübarizədən kənarlaşdırmasında qəribə heç nə ola bilməzdi. Konqolular yalnız matçın əvvəlində fəallıq nümayiş etdirdilər. Sonra tədricən təşəbbüs meydan sahiblərinin əlinə keçdi. Faenin komandası hesabı ilk hissədə də aça bilərdi. Lakin buna 65-ci dəqiqədə nail oldu. 2022-ci ilin yayında tutulduğu xərçəng xəstəliyinə qalib gələn Sebastyen Allenin hesabı açmasından sonra da rəqibindən üstün oyun sərgiləyən Kot d’İvuar layiqli qələbə ilə finala çıxdı.

Nigeriya Viktor Osimhen, Ademola Lukmen, Aleks İvobi, Keleçi İheanaço və Samuel Çukvueze kimi güclü hücumçulara malik olsa da, AMK-da çempionluğa əsasən arxa xəttinin inamlı oyunu sayəsində iddia edirdi. Kot d’İvuar yığması final matçına əla başlasa da, əlverişli şanslardan yararlana bilmədi. Nigeriyalı Stenli Nvabali qapısını bir neçə dəfə real qoldan xilas etdi. Fasilə ərəfəsində Uilyam Troost-Ekonq künc zərbəsindən sonra hesabı açmaqla meydan sahiblərinin işini çətinə saldı. Ancaq Faenin komandası ikinci hissədə əzmkarlıq nümayiş etdirdi. Frank Kessye ilə Alle “Brayton”da oynayan Adinqranın ötürmələri ilə “fillər”in daha bir əzmkar qələbəsini təmin etdilər. Beləliklə, Kot d’İvuar yığması 1992 və 2015-ci illərdəki uğurundan sonra 3-cü dəfə Afrika çempionu oldu!

Yeri gəlmişkən...
AMK-nın Təşkilat Komitəsi turnirin rəmzi komandasını açıqlayıb. Kot d’İvuar və Nigeriya yığmaları ən yaxşı “11-lik”də hərəyə 3 oyunçu ilə təmsil olunublar.

Qapıçı: Ronven Uilyams (Cənubi Afrika).
Müdafiəçilər: Gisleyn Konan (Kot d’İvuar), Uilyam Troost-Ekonq, Ola Ayna (hər ikisi Nigeriya), Şansel Mbemba (Konqo DR).
Yarımmüdafiəçilər: Teboho Mokoena (Cənubi Afrika), Jan Seri, Frank Kessye (hər ikisi Kot d’İvuar).
Hücumçular: Yoan Vissa (Konqo DR), Ademola Lukmen (Nigeriya), Emilio Nsue (Ekvatorial Qvineya).

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-02-2024, 21:0

Kot d’İvuar 3-cü dəfə çempion oldu

İdman

18-10-2023, 15:0

AMK-2024-ün püşkü atıldı

Dünya futbolu

30-01-2024, 00:0

Meydan sahibləri bir qələbə ilə pley-offa adladılar

Dünya futbolu

12-01-2024, 18:0

18-ci Asiya Kuboku başlayır

Dünya futbolu

16-02-2024, 19:0

Qətər necə təşkilatçı oldu və titulu qorudu?

Aktual
“ÇL-in yükü bəlkə də “Qarabağ”a bir qədər ağır gəldi” - ağdamlıların artıq “Sabah”la bağlı kompleksi var
Mahiri hələ meydanda görək, 1-ci bundesliqa haqda sonra düşünərik...
“Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
“Turan Tovuz” finala çıxmaq istəmirdi?
“Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
“Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
Son xəbərlər
  • Bu gün, 01:00
    “ÇL-in yükü bəlkə də “Qarabağ”a bir qədər ağır gəldi” - ağdamlıların artıq “Sabah”la bağlı kompleksi var
  • Bu gün, 00:06
    10 il əvvəlki çempion 3-cü diviziona düşdü!
  • Dünən, 23:32
    Milli komandada istefa
  • Dünən, 23:01
    Günay Qurbanova bürünc medal qazandı - AÇ
  • Dünən, 22:15
    "Kolambus Kryu" Nərimanı təbrik etdi
  • Dünən, 21:37
    Qaliblər vətənə döndü! - 2 qızıl, 3 bürünc, 133 xal
  • Dünən, 20:42
    Zaur Axundov futzalın qara gününü niyə ört-basdır edir?! – YAZI
  • Dünən, 20:11
    Mahiri hələ meydanda görək, 1-ci bundesliqa haqda sonra düşünərik...
  • Dünən, 19:40
    Cəbrayılda cüdo üzrə kəmər imtahanı keçiriləcək
  • Dünən, 19:19
    Rəhim Həsənov Rəvan Həmzəzadədə səhv tapmadı - VİDEO
  • Dünən, 18:48
    “Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
  • Dünən, 18:17
    LNZ ilk 15 dəqiqədə qol buraxanda həmişə qələbəyə həsrət qalır - İCMAL
  • Dünən, 17:46
    ''Beşiktaş'' prezidenti icarədə olan oyunçular və Fernandeş haqda nə dedi?
  • Dünən, 17:15
    Cokoviçlə Alkaras Madrid turnirindən çəkildi
  • Dünən, 16:44
    Millimiz Belarusla qarşılaşacaq
  • Dünən, 16:13
    MBA-nın oyunlarını Amerikada 170 milyon adam izləyib!
  • Dünən, 15:42
    Makdevid mövsümün bombardiri, Makkinnon snayperi oldu
  • Dünən, 15:11
    “Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
  • Dünən, 14:40
    “Turan Tovuz” finala çıxmaq istəmirdi?
  • Dünən, 14:19
    “Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
  • Dünən, 13:58
    Jalə Əliyeva Avropa çempionatının yarımfinalında
  • Dünən, 13:27
    Nəbi İsgəndərovdan növbəti qələbə - Dünya Kuboku
  • Dünən, 12:56
    “Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
  • Dünən, 12:25
    Nəbadə, Elvin!
  • Dünən, 11:54
    “Sabah” ölkə kubokunda 20-ci ev qoluna imza atdı
  • Dünən, 11:23
    “Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
  • Dünən, 10:52
    Güləş millimiz Avropa çempionu oldu
  • Dünən, 10:31
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:00
    Daha dörd güləşçimiz mübarizəyə başlayır - AÇ
  • 22-04-2026, 23:0
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
  • 22-04-2026, 23:0
    "Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov
  • 22-04-2026, 23:0
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • 22-04-2026, 22:0
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • 22-04-2026, 22:0
    "Sabah" da finalda! - YENİLƏNİB
  • 22-04-2026, 21:0
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
Daha çox
Oxunub: 615
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 271
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 271
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 196
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 185
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə