2024-cü ildə keçiriləcək Afrika Millətlər Kubokunun (AMK) qrup mərhələsinin püşkü atılıb.
"Football-plus.az" xəbər verir ki, Kot d’İvuarın təşkilatçısı olacağı turnirdə 24 komanda iştirak edəcək. İştirakçılar hərəsində 4 komanda olmaqla 6 qrupda mübarizə aparacaqlar. 2024-cü il yanvarın 13-dən fevralın 11-dək keçiriləcək qitə çempionatının oyunlarına Kot d’İvuarın 5 şəhərindəki stadionlar səhnə olacaq. Qrupların tərkibi aşağıdakı kimidi:
A qrupu: Kot d’İvuar, Nigeriya, Ekvatorial Qvineya, Qvineya-Bisau.
B qrupu: Misir, Qana, Kabo Verde, Mozambik.
C qrupu: Seneqal, Kamerun, Qvineya, Qambiya.
D qrupu: Əlcəzair, Burkina Faso, Mavritaniya, Anqola.
E qrupu: Tunis, Mali, Cənubi Afrika, Namibiya.
F qrupu: Mərakeş, Konqo DR, Zambiya, Tanzaniya.