• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Meydan sahibləri bir qələbə ilə pley-offa adladılar

Dünya futbolu

30-01-2024, 00:0

Yanvarın 13-dən başlayaraq Afrikada yığma komandalar arasında əsas turnirin həyəcanı yaşanır. 34-cü Afrika Millətlər Kuboku (AMK) Kot d’İvuarda keçirilir. Artiq qrup mərhələsi arxada qalıb.

"Football-plus.az" xəbər verir ki, 2019-cu ildə olduğu kimi, AMK-da bu dəfə də 24 komanda iştirak edir. İştirakçılar hərəsində 4 komanda olmaqla 6 qrupda yarışdılar. Reqamentə əsasən qruplarda ilk iki yeri tutan 12 və qrup üçüncüləri arasında ən yaxşı göstəricilərə malik olan 4 yığma 1/8 finala vəsiqə qazandı. 13-24 yanvar aralığında keçirilən qrup mərhələsində bir sıra sensasiya və sürprizlər qeydə alındı.

Kot d’İvuar son anda pley-offa çıxdı
Ev sahibləri A qrupunda ilk turda Qvineya Bisaunu 2:0 hesabıyla məğlub etməklə turnirə uğurlu start verdilər. Lakin vəziyyət sonradan köklü surətdə dəyişdi. Növbəti oyunda Nigeriyaya minimal hesabla uduzan “fillər” həlledici matçda fiaskoya uğradılar: Ekvatorial Qvineyadan 4 cavabsız top buraxan meydan sahibləri ümidini yalnız 3-cü yeri tutanlar arasında ən yaxşı göstəricilərə malik komandalar sırasına düşməyə bağladılar. Sonda bəxtləri gətirdi. Amma yerli federasiya Jan-Lui Qasseni rüsvayçı məğlubiyyətdən sonra istefaya göndərdi. 70 yaşlı fransalının səlahiyyətləri 40 yaşlı Emers Faeyə həvalə olunub. Yeri gəlmişkən, qitə çempionatı tarixində indiyədək yalnız bir dəfə təşkilatçı ölkənin komandasının qrupda iki dəfə uduzmasına təsadüf edilmişdi. Maraqlıdı ki, belə göstərici 1984-cü ildə məhz “fillər”ə məxsus olmuşdu!

Nigeriya 3 oyuna 7 xal toplamaqla potensialına uyğun nəticə göstərdi. Lakin bu nəticə ilə qrupda 2-ci yeri tutdu. Heyətində Avropada çıxış edən Osimhen, Lukmen, İvobi və Çukvueze kimi hücumçuların olduğu “superqartallar”ın yalnız 3 qol vura bilməsi təəccüb doğurur. Onların əsas problemi taktiki cəhətdən daha yaxşı görünən rəqibə qarşı “B” planının olmamasındadı.

Həmin rəqib isə Ekvatorial Qvineyadı. 48 yaşlı Juan Miçanın çalışdırdığı komanda Nigeriyadan bir xal (1:1) alandan sonra digər iki matçda inamlı qələbələr (4:2, 4:0) qazanmaqla topların daha yaxşı fərqinə əsasən qrupu lider kimi başa vurdu. Hücumçu Emilio Nsue 5 qolla qrup mərhələsinin ən yaxşı bombardiri oldu. Qvineyalıların AMK-da hara qədər irəliləyəcəkləri çox maraqlıdı.

Misir mərhələni Salahsız adladı
B qrupunda baş verən hadisələr də maraqlı oldu. Burda 2021-ci ildə keçirilən əvvəlki çempionatın finalçısı Misir yığmasının imkanları yüksək dəyərləndirilirdi. Lakin “fironlar” qrupda bir qələbə belə qazana bilmədilər. Hər üç matçını 2:2 hesablı heç-heçə ilə başa vuran portuqaliyalı Ruy Vitoriyanın komandası qrupu 3 xalla adladı. Amma misirlilərin aparıcı oyunçusu Məhəmməd Salahın 2-ci turun Qana ilə oyununda zədələndiyini də qeyd etməliyik. “Liverpul”un vingerinin pley-offda milli komandaya iki matçda kömək edə bilməyəcəyi məlum olub. Məhəmmədin yoxluğu isə “fironlar”ın hələ 1/8 finalda Konqo DR yığmasını mübarizədən kənarlaşdırmaq ehtimalını çətinləşdirir.

Qrupun digər favoriti Qana da imkanlarından aşağı nəticə göstərdi. Yalnız 2 xal toplaya bilən “qara ulduzlar” əsasən müdafiədəki kobud səhvlərin cəzasını çəkdilər. Onların pley-offdakı yerini isə 7 xal yığan Kabo Verde tutdu. 54 yaşlı Pedro Leytao Britonun komandası alqışalayiq oyunun fonunda qrupu zirvədə başa vurdu.

Büdrəməyən Seneqal
C qrupunda heç bir gözlənilməzlik baş vermədi. Seneqal yığması maksimum nəticə ilə zirvəyə sahib çıxdı. Cari turnirdə xal itirməyən yeganə iddiaçı olan AMK-nın son qalibi hazırkı potensialı ilə titulunu qorumağa qadirdi. Kamerun və Qvineya bu qrupda hərəyə 4 xalla 2-3-cü yerləri tutdu ki bu da gözlənilən idi.

Əlcəzair qrup sonuncusu oldu!
Daha bir sensasiya D qrupunda qeydə alındı. Əlcəzair yığmasının qrup sonuncusu olması qitə çempionatının ən gözlənilməz faktı oldu. Afrikanın ikiqat çempionu ilk iki oyunda Anqola (1:1) və Burkina Faso (2:2) ilə heç-heçə oynayandan sonra bunadək Mavritaniyaya uduzdu (0:1). Camel Belmadinin çalışdırdığı komandanın Mahrez, Slimani və Fequli kimi aparıcı oyunçularından gözlənilən dəstəyi ala bilməməsi fiaskoya səbəb oldu. “Tülkülər”in sistematik yenilənməyə ehtiyacı var.

Onların yerinə Anqola, Burkina Faso və Mavritaniyanın azarkeşləri sevindilər.

Tunis də fiaskoya uğradı
E qrupunda da sensasiya baş verdi. Sonuncu dünya çempionatının iştirakçısı olan Tunis fiaskoya uğradı. “Karfagen qartalları” da Əlcəzair kimi 2 xal toplaya bildilər. Onların əsas hücum xətti ilə bağlı oldu: tunislilər 3 oyunda qapıya yalnız bir dəfə yol tapa bildilər.
Bu qrupda Namibiya da bircə qol vurdu, amma Tunisdən fərqli olaraq 4 xalla 3-cü yeri tutdu. Mali ilə Cənubi Afrikanın qazancı isə uyğun olaraq 5 və 4 xal oldu. Ümumiyyətlə, E qrupda komandaların hücum xətti zəif təsir bağışladı.

Gözlənilən Mərakeş
Nəhayət, F qrupundan pley-offa gözlənilən komandalar çıxdılar. Əlbəttə, DÇ-2022-də yarımfinala qədər irəliləməklə tarixinin ən yaxşı nəticəsini göstərən Mərakeş 1-ci yeri tutdu. Qrupdan ikinci vəsiqəyə isə Misir kimi hər 3 rəqibi ilə “sülh”ə razılaşan Konqo DR sahib çıxdı.

A qrupu
1. *Ekvatorial Qvineya 3 2 1 0 9-3 7
2. *Nigeriya 3 2 1 0 3-1 7
3. *Kot d’İvuar 3 1 0 2 2-5 3
4. Qvineya Bisau 3 0 0 3 2-7 0

B qrupu
1.* Kabo Verde 3 2 1 0 7-3 7
2.* Misir 3 0 3 0 6-6 3
3. Qana 3 0 2 1 5-6 2
4. Mozambik 3 0 2 1 4-7 2

C qrupu
1.* Seneqal 3 3 0 0 8-1 9
2.* Kamerun 3 1 1 1 5-6 4
3.* Qvineya 3 1 1 1 2-3 4
4. Qambiya 3 0 0 3 2-7 0

D qrupu
1.* Anqola 3 2 1 0 6-3 7
2.* Burkina Faso 3 1 1 1 3-4 4
3.* Mavritaniya 3 1 0 2 3-4 3
4. Əlcəzair 3 0 2 1 3-4 2

E qrupu
1.* Mali 3 1 2 0 3-1 5
2.* Cənubi Afrika 3 1 1 1 4-2 4
3.* Namibiya 3 1 1 1 1-4 4
4. Tunis 3 0 2 1 1-2 2

F qrupu
1.* Mərakeş 3 2 1 0 5-1 7
2.* Konqo DR 3 0 3 0 2-2 3
3. Zambiya 3 0 2 1 2-3 2
4. Tanzaniya 3 0 2 1 1-4 2
Bombardirlər: Nsue (Ekvatorial Qvineya) – 5, Buneca (Əlcəzair), Məhəmməd (Misir) – 3.

1/8 finalın təqvimi
27 yanvar 21.00 Anqola - Namibiya
27 yanvar 00.00 Nigeriya - Kamerun
28 yanvar 21.00 Ekvatorial Qvineya - Qvineya
28 yanvar 00.00 Misir – Konqo DR
29 yanvar 21.00 Kabo Verde - Mavritaniya
29 yanvar 00.00 Seneqal - Kot d’İvuar
30 yanvar 21.00 Mali – Burkina Faso
30 yanvar 00.00 Mərakeş – Cənubi Afrika

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-01-2024, 20:0

Tacikistan tarixində ilk dəfə pley-offa çıxdı

Dünya futbolu

12-01-2024, 18:0

18-ci Asiya Kuboku başlayır

İdman

18-10-2023, 15:0

AMK-2024-ün püşkü atıldı

Aktual
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
Son xəbərlər
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə