• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qətər necə təşkilatçı oldu və titulu qorudu?

Dünya futbolu

16-02-2024, 19:0

Yanvarın 12-dən fevralın 10-na qədər Asiyada yığma komandalar arasında əsas turnirin həyəcanı yaşandı.

"Football-plus.az" xəbər verir ki, 18-ci Asiya Kuboku (AK) regionun futbolun inkişaf etməkdə olan ölkələrindən birində - Qətərdə keçirildi. Başqa sözlə, 2022-ci ilin son aylarında dünya çempionatını təşkil edən kiçik ölkə bir ildən sonra daha bir böyük yarışa səhnə oldu.

Kiçik ölkənin 3-cü təşkilatçılığı
Əsası 1956-cı ildə qoyulan AK Qətərdə üçüncü dəfə keçirildi. Turnirə ilk dəfə 1988-ci ilin dekabrında evsahibliyi edən bu ölkənin komandası onda mükafatçılar sırasına düşə bilməmişdi. Həmin çempionatın qalibi Koreya ilə qolsuz heç-heçə bitən final matçından sonra qaçılmaz olan penalti seriyasında qalib gələn (4:3) Səudiyyə Ərəbistanı olmuşdu. Qətər qitə birinciliyinə ikinci dəfə 2011-ci ildə evsahibliyi etdi. Təşkilatçı ölkənin komandası bu dəfə qrup səddini adlasa da, ilk pley-off mərhələsindəcə mübarizəni dayandırdı: 1/4 finalın Yaponiya ilə oyunu barışmaz mübarizə şəraitində keçdi və son dəqiqələrdə vurulan qol “qıyıqgözlər”in 3:2 hesablı qələbəsini təmin etdi. Maraq üçün Yaponiyanın finalda Avstraliyaya minimal hesabla qalib gələrək çempion olduğunu da xatırladaq.

Regionun ən kiçik ölkələrindən sayılan Qətərin təşkilatçılıq planında liderliyə nail olduğunu xüsusi vurğulayaq. Belə ki, indiyədək İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Tayland qitə çempionatını hərəyə iki dəfə təşkil edib. Bəs necə oldu ki, kiçik ölkə DÇ-2022 kimi nəhəng turnirdən bir il sonra daha bir yarışın təşkilatçılıq hüququnu qazandı?

Qeyd edək ki, AK 2023-cü ilin əvvəlində Çində keçirilməli idi. Lakin “sarı qitə”nin ən böyük dövləti 2022-ci ilin mayında təşkilatçılıq hüququndan imtina etdi. Səbəb kimi koronavirus təhlükəsinin davam etməsi göstərildi. Asiya Futbol Konfederasiyasının (AFK) dadına isə məhz Qətər çatdı. Amma bu ölkənin DÇ-2022-nin final mərhələsinə də səhnə olacağını nəzərə alan AFK rəhbərliyi məcburiyyətdən turnirin 2024-cü ilin yanvar-fevral aralığında təşkilinə qərar verdi. Başqa sözlə, qitə çempionatı bir il gecikmə ilə baş tutdu.

Titul qorundu!
2019-cu ildə BƏƏ-də keçirilən əvvəlki qitə çempionatı Qətər millisinin sensasiyalı qələbəsi ilə nəticələnmişdi. Qətərlilər bu uğuru növbəti mundial üçün ümid rəmzi kimi dəyərləndirirdilər. Amma alınmadı. Evdəki dünya forumunda uğursuzluğa düçar oldular.

“Doğma divarlar” bu dəfə düşərli oldu və yarımada təmsilçisi bir il əvvəl ümidləri puç olan azarkeşlərini sevindirməyi bacardılar. Qrup mərhələsində keçirdiyi üç oyunda büdrəməyən Qətər yığması Livana 3:0, Tacikistana və Çinə 1:0 hesabıyla qalib gəldi. 1/8 finalda Fələstin 2:1 hesabıyla məğlub edildi. 1/4 finalın Özbəkistanla oyunu meydan sahibləri üçün çox çətin keçdi: əsas və əlavə vaxtı 1:1 nəticələnən matçın qalibi penalti seriyası ilə müəyyənləşdi. Bu sınaqdan 3:2 hesabıyla qalib çıxan qətərlilər yarımfinalda iranlılara da eyni hesabla üstün gəldilər.

Amma fevralın 10-da Lusail şəhərində keçirilən final oyununun aşkar favoriti ev sahibləri idi. Çünki İordaniyanın həlledici mərhələyə qədər irəliləməsi böyük sensasiya idi. Bəhreyn və Malayziyanın da yarışdığı qrupda 3-cü yeri tutmaqla tarixində ilk dəfə pley-offa adlayan bu komanda 1/8 finalda İraqa (3:2), 1/4 finalda isə qitə çempionatının debütantı olan Tacikistan yığmasına (1:0) qalib gəlməklə özünün daha iki rekordunu müəyyən etmişdi. Hüsseyn Ammutanın çalışdırdığı komanda yarımfinalda turnirin əsas favoritlərindən sayılan Koreyanı da mübarizədən kənarlaşdırmışdı (2:0). Sözsüz, iordaniyalılar finala çıxmaqla tarixində daha bir rekorda nail olsalar da, finalın autsayderi idilər. Ona görə ki, həm qitə birinciliyinin son çempionuna, həm də ev sahibinə qarşı oynayacaqdılar. Nəticə gözlənilən kimi oldu: İordaniyaya 3:1 hesabı ilə qalib gələn Qətər yığması Asiyada 2004-cü ildə Yaponiyadan sonra çempion titulunu qoruyan ikinci komanda oldu.

İlk dəqiqələrdən meydanda diqtə edən qətərlilər hər üç qolu penalti ilə vurdular. Özü də hər üç halda “nöqtə”yə Əkrəm Afif yanaşdı. “Əl-Sədd”in 27 yaşlı sol cinah vingeri heç bir şansı boşa verməməklə AK-nın tarixinə finalda het-trik edən ilk futbolçu kimi düşdü! Əkrəm həm də 8 qolla yenicə başa çatan turnirin ən yaxşı bombardiri oldu. Həqiqətən də təzadlı mənzərədi. Məsələ ondadı ki, o, dünya çempionatında üç oyunu əvvəldən axıradək əvəz olunmadan keçirmiş və qapıya yol tapa bilməmişdi. İndi isə birdən-birə 8 zərbəsi dəqiq alındı...

Sançesin əsasını qoyduğu komanda
Artıq qeyd etdiyimiz kimi, Qətər yığmasının titul seriyası 2019-cu ildə qazandığı ilk qitə çempionluğundan başlayır. Həmin uğur Feliks Sançesin rəhbərliyi altında qazanılıb. Vaxtilə “Barselona”nın futbol akademiyası olan “La Masiya”da çalışmış ispaniyalı mütəxəssis Qətərdə fəaliyyətə 2006-cı ildə “Aspire Academy”də uşaq futbolundan başlamışdı. Sonradan yeniyetmə və gənclərlə işləmişdi. Məşqçi, belə desək, müxtəlif yaş kateqoriyasından olan oyunçularla birlikdə böyümüşdü: 2013-cü ildə ölkənin U-19 yığmasına təyinat alan Sançes növbəti il yeniyetmələri qitə çempionatında qələbəyə daşıdı. 2017-ci ildə U-23 yığmasını qəbul etdi və bu komanda ilə 2018-ci ildə qitə çempionatında 3-cü yeri tutdu. Qeyd edək ki, o, 2017-ci ildən paralel olaraq ölkənin əsas yığmasına da başçılıq edirdi. Əlbəttə, milli komandaya daha əvvəl sərəncamında olan yeniyetmə və gənc futbolçuları cəlb etməyə bilməzdi. 2018-ci il bu baxımdan daha zəngin oldu.

Onun formalaşdırdığı yeni heyət isə ümidləri tamamilə doğrultdu. 2019-cu ildə keçirilən AK-da rəqib tanımayan Qətər yığması fantastik göstəricilərə imza atdı: 7 oyunda 7 qələbə, 6 “quru” oyun (yeganə qol finalda Yaponiyadan buraxıldı). Və ilk titul! Maraq üçün Qətərin AK-2015-də mübarizəni qrup sonuncusu kimi başa vurduğunu və əvvəllər heç vaxt yarımfinalda görünmədiyini də bildirək.

DÇ-2022-də uğursuzluq və Sançes ilə vidalaşma
Qitə çempionatındakı böyük uğuru uzun müddət bayram etməyən kiçik ölkədə dərhal evdəki mundiala hazırlıq başladı. 2019-cu ildə Amerika Kubokunda iştirak edən milli komanda dəvətli status ilə mübarizə apardığı turnirdə yaxşı təsir bağışladı. Dünya çempionatına hazırlıq prosesində yığmaya onda yerli “Əl-Sədd”i çalışdıran Xavi Ernandes ilə İspaniya futbolunun daha bir əfsanəsi Raul Qonsales də kömək edirdi. Baş məşqçi Sançes 2019-cu ildə jurnalistlərə belə demişdi: “Xavi bizə hər fürsətdə kömək edir. Hərdən mənə elə gəlir ki, o, milli komandamızı məşqçi korpusundan daha yaxşı tanıyır. Üstəlik, futbolçulara daim nikbinlik aşılayır. Raul da dəstəyini əsirgəmir: bu il Myanmaya gedərək qitə çempionatında U-19 yığmasına dəstək verib”.

Amma milli komanda DÇ-2022-də total uğursuzluğa düçar oldu: qrupda keçirdiyi üç oyunda Ekvador (0:2), Seneqal (1:3) və Niderlanda (0:2) uduzan Qətər azarkeşlərinə böyük məyusluq yaşatdı. Yox, oyun planında ümidsiz görünmədi, ancaq bir xal belə toplaya bilmədi. Bu isə antirekord oldu: qətərlilərə qədər mundialın yalnız bir ev sahibi qrupdan çıxa bilməmişdi. Amma Cənubi Afrika yığması 2010-cu ildə 4 xal toplamağı bacarmışdı.
Yerli futbol qurumu fiaskodan sonra Sançes ilə vidalaşmağı lazım bildi. Yeri gəlmişkən, 48 yaşlı məşqçi hazırda Ekvador yığmasını çalışdırır.

Markesin debütü uğurlu alındı
Sançesi yola salan federasiya Karluş Keyruş ilə anlaşı. Lakin portuqaliyalı mütəxəssis Qətərdə bir il işlədi. Ötən ilin dekabrında onula müqavilə pozuldu. Yerinə isə Bartolome Markes gətirildi. Qitə çempionluğu titulu məhz onun sayəsində qorundu. 1982-88-ci illərdə formasını geydiyi “Espanyol”da 1998-ci ildən 2008-ci ilədək yeniyetmələrin məşqçisindən əsas komandaya qədər yol qət edən mütəxəssisin 62 yaşı yanvarın 7-də tamam olub. İspaniyada “Katelyon”u, Belçikada “Eypen” və “Sent-Trüden”i çalışdıran Markes 2018-23-cü illərdə “Əl-Vakra”ya başçılıq edib. Qətər millisinə dekabrın 6-da təyinat alan ispaniyalı bu komanda ilə 9 oyunda 7 qələbəyə sevinib və yalnız bir dəfə uduzub. Yeri gəlmişkən, yığma DÇ-2026-nın seçmə turnirində keçirdiyi hər iki matçda qalib gəlib. Hələ ki işlər əla gedir. Markesin ilkin vəzifəsi komandanı ABŞ, Kanada və Meksikada keçiriləcək mundiala çıxarmaqdı. Buna nail olsa, təbii ki, 2022-ci ildəki uğursuzluğu unutdurmağa çalışacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-01-2024, 18:0

18-ci Asiya Kuboku başlayır

Dünya futbolu

18-10-2022, 11:0

Asiya Kuboku da Qətərdə keçiriləcək

Dünya futbolu

28-01-2024, 20:0

Tacikistan tarixində ilk dəfə pley-offa çıxdı

Dünya futbolu

9-04-2023, 13:0

Asiya Kuboku-2024 Qətərdə keçiriləcək

Dünya futbolu

14-02-2024, 18:0

Qətər yığması titulu qorudu

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 427
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 188
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə