Şahmat Federasiyasında ilin ilk iclası keçirildi

15.04.2022 13:53 579
İdman
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun rəhbərliyi altında İcraiyyə Komitəsinin 2022-ci ildə ilk iclası keçirilib.

Toplantıda Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov İcraiyyə Komitəsinin digər üzvləri - 1-ci vitse-prezident Faiq Həsənov, vitse-prezident, Naxçıvan MR Şahmat Federasiyasının rəhbəri Seymur Talıbov, Sərxan Həşimov, Cahangir Ağarəhimov və baş katib İlahə Qədimova iştirak edib.

Görüşdə AŞF-nin nizamnaməsinə dəyişikliklər, cari ilin büdcəsi, yığma komandaya seçim şərtləri, təqaüd alacaq şahmatçıların müəyyən olunma kriteriyaları, daimi komissiyaların yaradılması və yarışların 2022-ci il üçün təqvimi müzakirə edilib.