Belə ki, oyunçu meydanı tərk edərkən kapitan sarğısını Turan Manafova vermək istədi, komanda yoldaşı da Vadim Abdullayevi göstərdi. Hesabda geri olan “Neftçi”nin legioner futbolçusu Ervin Koffi vaxt getməsin deyə sarğını Orxandan alaraq Turanın qoluna taxdı. Bildiyimiz qədəriylə komandanın vitse-kapitanları əvvəlcədən bəlli olur. Bu qarışıqlığın səbəbini öyrənmək üçün Orxanla danışdıq:
“Komandanı meydana mən çıxarmışamsa, deməli, əsas kapitan mənəm. Sadəcə, matçın axırıncı dəqiqələri idi, sarğını Turana verirdim. Qərarsız qalmamışdım, sadəcə, yorğun idim”.
KAMAL SƏFƏR




