“Şamaxı” yenə darmadağın oldu.
Bu dəfə “Sabah” “şirlər”in qapısında 5 top keçirdi. Oyunun 71-ci dəqiqəsində Merab Qiqauri Turan Vəlizadə ilə əvəzləndi. Lakin gürcüstanlı futbolçu bu qərarı əsəbi qarşıladı. Bu səbəbdən də meydanı gec tərk etdi. O, hətta paltardəyişmə otağının qapısını da təpiklədi. Aqressivliyinin səbəbini öyrənmək üçün yarımmüdafiəçi ilə əlaqə saxladıq:
“Sadəcə, əsəbi idim. Ardıcıl iki turdu böyük hesabla məğlub oluruq. Bu səbəbdən də əsəbim başadüşüləndi. Hazırda hər şey yaxşıdı. Qarşıdakı oyunlara hazırlaşırıq”.
[quote][/quote]
İLKİN SULTANLI