Budaq yeni klubunda hansı səhvə yol verdi? - "Karvan"ın baş məşqçisi danışdı

18.02.2024 11:42 1 315
Ölkə futbolu / Manşet
Bir neçə gün əvvəl "Turan Tovuz"dan ayrılan Budaq Nəsirov fevralın 15-də 1-ci liqada çıxış edən "Karvan"da debüt oyununa çıxıb.

Xatırladaq ki, futbolçu əvəzedici heyətlərin oyununda komanda yoldaşını vurduğuna görə Tovuz klubunun əsas heyətindən uzaqlaşdırılmışdı. Görəsən, Budaq Yevlax klubundakı debüt oyununda necə təsir bağışlayıb? Bu sualla "Karvan"ın baş məşqçisi Kənan Kərimova müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:

"Budaq artıq bir həftədi komandamızdadı. İşinə çox peşəkar yanaşır. Şükürlər olsun ki, hər şey qaydasındadı. Debüt oyunu oldu. Çox razı qaldım. Verdiyim tapşırıqların öhdəsindən layiqincə gəldi. Budağa həm xarakter, həm də oyun baxımından çox güvənirik. İnanırıq ki, gələcək oyunlarda bizə laızmı qədər köməyi dəyəcək".


GÜNAY SÜLEYMANOVA