Amma onun Türkiyədən deportasiya olunduğunu bilirsiz. Artıq yanvarın 3-də qonşu ölkəyə, daha dəqiqi, Antalyaya yollanacaq Tovuz klubu belə görünür ki, Nəsirovu bu toplanışa da apara bilməyəcək. Budağın qadağası aradan qalxacaqmı? "Football-plus.az" saytı olaraq, bu məsələni aydınlaşdırmaq üçün klubun mətbuat katibi Süleyman Tağıyevə müraciət etdik:
"Futbolçumuzun deportasiyasını aradan qaldırmaq üçün işlər gedir. Hətta Budağın özü də məsələnin həlli ilə bağlı klubdan xahiş edib. Rəhbərlik maksimum çalışır ki, futbolçunun qardaş ölkəyə getməsi yolunda əngəl qalmasın".
ABDULLA İSMAYILOĞLU





