İşin maraqlı tərəfi futbolçunun AFFA İntizam Komitəsi tərəfindən 4 matçlıq cəzalandırılmasıdı. Xatırladaq ki, buna oyunçunun “Turan Tovuz 2” – “Səbail 2” matçında komanda yoldaşı Elxan Qasımovla dalaşması səbəb olmuşdu.
Görəsən, Budaq “Karvan”ın heyətində 14-cü turda “Qaradağ Löbatan”a qarşı meydana çıxa bilərmi? Yoxsa İK-nın 4 oyunluq cəzası bu liqaya aid edilmir? PFL-in media və marketinq direktoru Sənan Abdullayev “Football-plus.az”ın sualını cavabladı:
“İntizam Komitəsinin cəzası, sadəcə, əvəzedicilər liqasını əhatə edir. Qərar bütün liqalara aid edilsə, Budaq meydana çıxa bilməzdi. Yəni “Karvan”ın oyunlarında iştirak edə bilər. Məsələ belədi ki, futbolçu gələcəkdə əvəzedicilər liqasına qayıtsa, cəzası keçərli olacaq”.
KƏNAN BAHADIR






