Bakıda +7, Braqada +13

15.02.2024 22:00 207
Manşet / Avropa Liqası
Bu gün “Braqa” – “Qarabağ” oyunu ilə bağlı hər şeydən yazdıq.

Amma hava durumuna da nəzər yetirək. İndi Bakıda 7 dərəcə isti müşahidə olunur, yağış yoxdu. Braqada isə +13 dərəcə olmasına baxmayaraq, yağışlıdı. Bunun komandamıza hansısa çətinlik yaradacağını düşünmək absurddu. Çünki ağdamlılar yetərincə soyuq, hətta yağışlı havada dəfələrlə oynayıb. Saat fərqinə gəlincə, bizdən 4 saat geridədilər. Bunda isə Qurban Qurbanovun oyunçuları üçün müəyyən dezavantaj görə bilərik. Ona görə ki, futbolçuların yuxu-istirahət rejiminin qısa müddətdə Portuqaliyaya uyğunlaşacağını söyləmək doğru olmaz. Digər məsələ qazon amilidi. Bu haqda deyiləsi söz yoxdu. “Estadio Municipal de Braga” adlanan, qayalıqlar arasında məskən salan stadionun ot örtüyü yüksək səviyyədədi. Bəs bukmekerlərin bu oyunla bağlı təxminləri necədi? Azərbaycanın iki ən böyük mərc saytının “Braqa” – “Qarabağ” oyunu üçün əmsallarına baxdıq.

Misli.az: 1.41 – 4.39 – 6.46
eTopaz.az: 1.37 – 4.40 – 6.50

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul