Avropa Liqasının pley-off mərhələsində “Braqa” (Portuqaliya) ilə səfər matçını stadiondan izləmək istəyən "Qarabağ" azarkeşləri üçün 1500 ədəd bilet ayrılıb.
"Football-plus.az" xəbər verir ki, Ağdam klubunun bununla bağlı yaydığı məlumatda qeyd olunub ki, biletlər oyun günü - fevralın 15-i yerli vaxtla saat 18:00-dan etibarən “Estadio Municipal de Braga” stadionunun 1-ci qapısında - A09 və A10 sektorlarının qarşısında satılacaq.
Biletin qiyməti 40 avrodu. Bilet almağa gələrkən azarkeşlərin özü ilə şəxsiyyəti təsdiq edən sənəd götürmələri tələb olunur.