“Atletiko”nun futbolçusu Reynildu Mandavanın aqibəti məlum olub.
Football-plus.az xəbər verir ki, 29 yaşlı müdafiəçi “Real”la 1:1 hesabı ilə nəticələnən oyunda zədələnərək meydanı xərəkdə tərk etmişdi. Göz yaşlarını saxlaya bilməyən Mandavanın zədəsi çox ciddidi. Futbolçuya sağ diz bağının qırılması diaqnozu qoyulub. Bu o deməkdi ki, Reynildu üçün mövsüm erkən başa çatıb.
Qeyd edək ki, Reynildu bu mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə 33 oyun keçirib. O, komandanın əsas müdafiəçilərindən sayılır.
“Atletiko”da ciddi itki
Dünya futbolu


