• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fikir varsa, alqışlayıram”

Premyer-liqa / Manşet

12-02-2024, 00:0

Misli premyer-liqasının 22-ci turunda “Qarabağ” “Sabah”ı qəbul edib - 3:3.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

"Azarkeşlər üçün çox baxımlı oyun idi. Həm bu, həm də bundan əvvəlki oyun yaxşı alındı. Hər iki komanda üçün faydalı oyun oldu. Qarşımızda fərqli "Sabah" var idi. Oyun sistemində dəyişiklik etmişdilər. Ola bilər ki, bu çətinlik yaradırdı. Amma oyunu ələ almağa çalışırdıq. Rəqib sürətli oyunçularından istifadə edirdi. Hər iki komandaya təşəkkür düşür".


- Andrey Lunyov uzaqdan zərbələr zamanı topları götürə bilmir. Bu sizi narahat edir?
- Fikir bildirə bilməyəcəm. Baxımlı qollar idi. Hətta rəqibin üçüncü qolunu özüm alqışladım. Baxımlı qol oldu. Videotəkrara baxmaq lazımdı. Buna daha çox qapıçılar üzrə məşqçi baxacaq. Bəlkə düzgün mövqedə deyildi. Amma Lunyov təcrübəli qapıçıdı. Bəzən görürsən ki, belə qollar olmayanda, düşünmə qabiliyyəti azalır. Belə qollar olanda, qarşıdakı epizodlara daha ciddi hazırlaşırsan.

- Komandanızda hansı çatışmazlıqları gördüz?
- Çatışmazlıqlar var. İdeal formada deyilik. Bu qədər qol buraxırıqsa, demək ki, çatışmazlıqlar var. Rəqibin yaxşı düşünülmüş hücumları var idi. Komanda diqqətli oynayırdı. Burda tək müdafiə xəttini günahlandırmaq istəmirəm. Komanda şəklində bəzi çatışmazlıqlar oldu. Hücumda oynayırsansa, istər-istəməz boşluqlar buraxmaq normaldı. Bizim qapımıza bu qədər penalti təyin edilməsini xatırlamıram. Uduzsaq da, daha çox topa sahib olmaq istədik. Yaxşı qol epizodları var idi. Buraxılan qollardan hamılıqla fayda çıxaracağıq.

- Mərkəz müdafiəçisinin yeri görünür?
- Bəhlul və Bədavidən razıyam. Kevin Medina sağlam olsaydı, daha yaxşı idi. Mərkəz müdafiə xətti elədir ki, orada yanılmalı deyilik. Daha diqqətli və dəqiq iş aparılmalıdı. Əlimizdəki futbolçulardan razıyam. Yaxınlarda da Allah qoysa, Kevin geri dönər.

- Bu cür oyundan sonra "Braqa" matçına motivasiya olmaq çətin deyilki?
- O oyunlar tam fərqlidi. Motivasiya etmək asandı. Bir həftə içərisində eyni rəqibə qarşı üç oynamaq yorucu olur. Amma inanmıram ki, bunun "Braqa" ilə oyuna təsiri olsun. Hazırlıq planımız var idi.

- Portuqaliyaya yol uzundu. Nə vaxt gedəcəksiz?
- İki gün əvvəl.

- İlk dəfədi ki, eyni komanda ilə üç oyunda qapılara 21 qol vuruldu. Bu, hücumçuların bacarığı, yoxsa müdafiəçilərin səhvləridi?
- Hər iki xəttin bacarığıdı (gülür).

- Toral Bayramovun "Qalatasaray"a keçidi realdı?
- Xeyr. Sizin bildiklərinizdi. Sadəcə yazılardı. Onların direktoru da açıqlama vermişdi ki, heç bir futbolçumuzla maraqlanmırlar.

- Rəsmi təklif olsa, necə?
- Klublar arasında razılıq olarsa, mümkündü.

- Çempionat matçında az adam gəlir, amma "Braqa" ilə görüşdə yəqin ki, stadion dolacaq. Artıq uzun illərdi ki, bu sualı təkrar-təkrar veririk. Demək ki, hələ heç nə dəyişməyib. Sizcə, bu nə vaxt dəyişəcək?
- Deyəcək bir söz tapmıram. Çox istəyərdim ki, azarkeş sayı çox olsun. Futbolçular daha çox istəkli olur, daha baxımlı oyun gedir. Futbol azarkeşsiz bir o qədər maraqlı görünmür. Amma inanın ki, azarkeş az olanda oyun ajiotaj yaratmır. Amma matç 10-15 min azarkeş qarşısında keçiriləndə, daha ajiotajlı görünür. Əfsuslar olsun ki, bunu edə bilmirik. Bilmirəm günahkar bizik, klubdu, yoxsa ümumi futbolumuzdu. Lakin azarkeşlərin gəlməsinə çox ehtiyac var. Futbol azarkeşssiz futbola bənzəmir. Bu, futbolun səviyyəsini çox aşağı salır. Futbolçu 10-15 min azarkeş qarşısında daim oynasa, o hər oyunda 10-15 faiz daha yaxşı oynayar, daha məusliyyətli olar. Mütləq nəsə bir yol tapılmalıdı. Futbol üçün nəsə düşünülməlidi ki, azarkeşlərimiz hansısa formada stadiona gəlsinlər. 10-15 il əvvəl daha çox azarkeş gəlirdi. Azarkeşlər sanki Azərbaycan çempionatından küsüblər. Premyer-liqamızın səviyyəsini qaldırmaq lazımdı. Rəqabəti yaxşılaşdırmaq lazımdı. Ümid edək ki, hər şey yaxşı olacaq və bu sualı yenə verməyəcəksiz (gülür)

- Aleksey İsayevin "Braqa"ya qarşı oynamaq ehtimalı var?
- Komandaya yaxşı adaptasiya oldu. Nə qədər bacarıqlı olsan da, klubun istəklərinə tam riayət edə bilmirsən. Ondan daha yaxşısını gözləyirik. Oyunundan razıyıq. "Braqa" ilə oyunlara gəldikdə, tam heyət bilinmir. Qarşıdakı günlərdə bilinəcək.

- "Xəzər Lənkəran"ın futbolumuza qayıtmaq ehtimalı təsdiqlənib. Stadion təmirə bağlanıb...
- Ancaq alqışlayıram. Lənkəranda oynamaq... Ora başqa motivasiya ilə hazırlaşırdıq. 10-12 min azarkeş olurdu. Sanki avrokubok oyununa çıxırdıq, hazırlaşırdıq. Çox istəyərdim ki, "Xəzər Lənkəran" yenidən qayıtsın. Fikir varsa, alqışlayıram.

- Millimizin Millətlər Liqasında rəqibləri bəlli oldu. Bu haqda nə deyə bilərsiz?
- Məlumat verə bilmərəm. İstər-istəməz bir o qədər yaxından maraqlanmıram. Millimizə uğurlar arzulayıram. Tanış rəqiblərə qarşı oynayanda bəzən bəzi oyunlar daha asan olur. Çünki rəqibin gücünü bilirsən. Bu dəqiqə ciddi olmayan rəqib yoxdu. Hər bir halda, milliyə uğurlar arzulayıb, inanmalıyıq.

- Artıq ikinci matçdı ki, penaltiləri fərqli oyunçular vurur. Bu nədən irəli gəlir?
- Ehtiyat. İlk penalti vuran oyunçuların ehtiyatıdı.

- Avrokuboklarda da belə olacaq?
- Təki, avrokubokalrda da penaltilər olsun, baxarıq.

- "Braqa" haqda nə deyə bilərsiz?
- Topla sürətli olan, dinamik komandadı. İlk dəqiqələrdən oyunu ələ almağa çalışan və sürəti daim artırmağa çalışırlar. Ona uyğunalşamağa və qarşısını almağa çalışacağıq. "Braqa" yaxşı komandadı. Ən azından bilirəm ki, hər iki matç maraqlı olacaq.

- "Qarabağ"ın "Braqa"la oyun planı hazırdı?
- Demək olar ki, hazırdı. Bu gün gecə oyunları var. Bundan əvvəlki oyunlarını analiz edəcəyik. Bəlkə hansısa dəyişiklik oldu. Amma plan hazırdı.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

2-05-2023, 22:0

“Hər iki komandanın futbolçularına təşəkkür edirəm”

Premyer-liqa / Manşet

10-12-2023, 20:0

“Belə davam etməliyik”

Premyer-liqa / Manşet

21-04-2023, 19:0

"Gəncədə daha aqressiv olurduq"

Premyer-liqa / Manşet

13-11-2022, 19:0

"Bu cür oyunlara hazır olmalıyıq" - Qurban Qurbanov

Premyer-liqa / Manşet

23-01-2024, 22:0

"90 dəqiqə eyni oyunu onlardan tələb edə bilməzdim"

Premyer-liqa / Manşet

19-02-2023, 21:0

Qurban Qurbanov: "Özümə görə yox, "Qarabağ" və Azərbaycanın adının çəkilməsinə görə şadam"

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə