Bu qış heyətini az qala büsbütün dəyişən “Adana Dəmirspor”dan yeni xəbərlər var.
“Football-plus.az” xəbər verir ki, əvvəlcə Adana klubundan ayrılan Badu N`Diayenin “Pendikspor”a transfer olunduğunu bildirək. “Adana Dəmirspor” özü isə 3 yeni futbolçunun keçidini rəsmiləşdirib. Söhbət Stiven Mendosa, Antonio Simao Muanza və Xose Rodrigesdən gedir. 31 yaşlı kolumbiyalı sol vinger Mendosa ilə “1,5+1” illik müqavilə imzalanıb. 20 yaşlı anqolalı mərkəz yarımmüdafiəçisi Muanza ilə 2,5 illik müqavilə imzalanıb. “Real”ın yetirməsi olan Rodriges isə futbolsevərlərə daha yaxşı tanışdı. Çünki o, 2015/16-da “Qalatasaray”ın şərəfini qoruyub. 2020-dən bəri Hayfa “Makkabi”sinə məxsus olan və ötən mövsümü icarə əsasında Belçika təmsilçisi “Yunion”da keçirən 29 yaşlı yarımmüdfafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.