AFFA "Neftçi" və "İmişli"ni cərimələdi

26.08.2026 14:30 13
Ölkə futbolu
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclasda Misli premyer-liqasının 2-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Zirə” – “İmişli” oyununda “İmişli”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

“Neftçi” – “Araz-Naxçıvan” oyununda isə stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandığı üçün “Neftçi” 2000 manat cərimələnib.