"Qarabağ"ın U-15 komandası 1/4 finalda

8.02.2024 17:54 183
Ölkə futbolu
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə 1/4 finala yüksəlib.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində yer aldığı B qrupunu 7 xalla birinci yerdə tamamlayıb.

Vüqar Əsgərlinin kollektivi 3-cü turda yerli BATE ilə heç-heçə edib - 1:1. “Qarabağ”ın heyətində 25-ci dəqiqədə Murad İbrahimli fərqlənib.

Növbəti mərhələnin matçları sabah keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” ilk iki turda Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i 2:0 hesabı ilə məğlub edib.