İlk iki turda Rusiya təmsilçilərini - “Zvyozda” ilə “Olimpik”i eyni hesabla (2:0) məğlub edən komanda 3-cü turda BATE-nin U-15-i ilə qarşılaşıb. Vüqar Əsgərlinin çalışdırdığı ağdamlılar bu dəfə heç-heçə ilə kifayətlənib – 1:1. “Qarabağ”ın qoluna 25-ci dəqiqədə Murad İbrahimli imza atıb. 7 xalla qrup birincisi olan komanda 1/4 finala yüksəlib. “Football-plus.az” olaraq, turnirlə bağlı düşüncələrini öyrənmək üçün Vüqar Əsgərli ilə danışdıq:
“Belə turnirlərin olması bizim üçün, uşaqların inkişafı üçün üçün çox vacibdi. İlk oyunzda inamlı qələbə qazandıq və qrupdan çıxmağı təmin etdik. Buna görə də ikinci matçımızda oynaya bilməyən bütün futbolçularımıza şans verdik. Bizim üçün ən önəmlisi oyunçularımızın təcrübə qazanmasıdı”.
Xatırladaq ki, növbəti mərhələnin matçları bu gün keçiriləcək.
KAMAL SƏFƏR




