Musa oynadı, "Yurqorden" məğlub oldu

10.02.2024 21:50 258
Dünya futbolu
Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" yeni mövsümün hazırlığı çərçivəsində yoxlama oyunu keçirib.

"Football-plus.az" xəbər verir ki, İsveç təmsilçisi Norveçin "Vikinq" klubu üz-üzə gəlib. Qarşılaşma "Yurqorden"in 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Musa Qurbanlı da bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 46-cı dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.