Musa Qurbanlının oynadığı matçda 6 qol vuruldu

5.11.2023 11:13 202
Dünya futbolu
Yığmamızın üzvü Musa Qurbanlının da formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 29-cu tur matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda "Sirius"u qəbul edib və 2:4 hesabı ilə məğlub olub.

Musa Qurbanlı sözügedən görüşdə start heyətdə meydana daxil olub və 65-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Yurqorden" 50 xalla 4-cü, "Sirius" 39 xalla 8-cidir. Turnir cədvəlinə 63 xalla "Elfsborq" başçılıq edir.