Bu gün İsveç çempionatında 23-cü tura start verilib.
"Football-plus.az" xəbər verir ki, millimizin hücumçusu Musa Qurbanlının çıxış etdiyi "Yurqorden" də növbəti matçına çıxıb.
Komanda öz meydanında "Varnamo" ilə qarşılaşıb. Görüş "Varnamo"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
M.Qurbanlı da bu oyunda iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, hazırda turnir cədvəlində "Yurqorden" 40 xalla 4-cü pillədə qərarlaşır və lider "Elfborq"dan (22 oyun) 8 xal geri qalır. "Varnamo" isə 32 xalla 7-cidi.
"Yurqorden" - "Vernamo" - 1:2
Finndell, 46 - Zelykoviç, 5, 69