Musa Qurbanlı oynadı, "Yurqorden" qələbə qazandı

28.10.2023 22:15 317
Dünya futbolu
İsveç çempionatında 28-ci turun görüşləri keçirilir.

"Football-plus.az" xəbər verir ki, bu gün Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" səfərdə "Brommapoykarna"nın qonağı olub. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Musa Qurbanlı da bu oyunun iştirakçısı olub. 21 yaşlı forvard matça start heyətdə başlayıb və 46-cı dəqiqədə əvəzlənib.

28 turdan sonra 50 xal toplayan "Yurqorden" turnir cədvəlinin 4-cü pilləsindədi.