Alleqri şayiələrə son qoydu

23.04.2022 14:11 562
Dünya futbolu
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri haqqında gəzən şayiələrə son qoyub.

Bəzi mənbələr onun mövsümün sonunda klubdan ayrıla biləcəyini ehtimal edirdi. Lakin Alleqri komandanı növbəti 3 mövsümdə də çalışdıracağını bildirib:

“Gələn mövsüm məni “Yuventus”un baş məşqçisi kimi görəcəksiniz? Bəli. Hətta növbəti üç mövsümdə də “Yuventus”a baş məşqçilik edəcəyəm. Bunu daim deyirik: “Yuventus” həmişə qələbələri hədəfləməlidi. Bu mövsüm “İnter”lə son oyundakı məğlubiyyətə görə daha çox məyus olmuşam. Çünki çempionluğun taleyini məhz bu nəticə həll etdi”.