Budaq Nəsirovun "Turan Tovuz"un Türkiyədə keçirilən təlim-məşq toplanışına qoşula bilmədiyini xəbər vermişdik. Buna səbəb futbolçunun qardaş ölkədən 2 il müddətinə deportasiya edilməsiydi.
Bəllidi ki, belədə Budaqın start heyətdə yer almaq şansı xeyli azalır. Hər halda, o, ötən ilin yayında transfer edilsə də, yalnız 2023-cü ilin sonuncu turunda "Araz-Naxçıvan"la matçda (3:1) debüt edə bilmişdi. Bəs, futbolçunun gələcək karyerası haqda plan nədi? Onu qarşıdakı oyunlarda da ehtiyat oyunçular skamyasında görəcəyik? Bəlkə, başqa kluba satılması və ya icarəyə verilməsi gündəmdədi?
"Football-plus.az" bu haqda Budaqın özündən məlumat aldı. Oyunçu saytımıza açıqlamasında fərdi məşqlərə davam etdiyini, icarəyə veriləcəyi və ya satılacağı haqda ona klub tərəfindən hansısa məlumat verilmədiyini bildirdi.
KƏNAN BAHADIR