"Azərbaycan millisinə qaytarmalı olduğumuz borcumuz var" - Marek Hamşik

9.02.2024 11:55 174
Dünya futbolu
“Püşkatma bizim üçün bundan pis və ya yaxşı ola bilərdi. Bu, mütləq çıxa biləcəyiniz bir qrupdu".

"Football-plus.az" xəbər verir ki, bu sözləri Slovakiya millisinin kapitanı Marek Hamşik Mİllətlər Liqasının püşkatmasını dəyərləndirərkən deyib.

Yaxşı qrupa düşdüklərini qeyd edən 36 yaşlı yarımmüdafiəçi baş məşqçisi Françesko Kaltsona kimi 2022-ci ildə UEFA Millətlər Liqasında Azərbaycana uduzduqları oyunu (1:2) unutmadıqlarını bildirib:

"Fikrimcə, İsveç hazırda Rumıniyadan çətin rəqibdi. Onların oyun üslubu bizə yaxındı. Çətin olacaq. Millətlər Liqasının əvvəlki mövsümündən Azərbaycan millisinə qaytarmalı olduğumuz borcumuz var. Estoniya qrupun autsayderi olacaq”.

Xatırladaq ki, millimiz C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq.