Millətlər Liqasının 5-ci turunun oyunlarına start verilir.
Millimiz Slovakiya ilə qarşılaşacaq. Oyundan öncə mətbuat konfransında rəqibin baş məşqçisi Françesko Kaltsona fikirlərini bildirib:
“Bizi ağır oyun gözləyir. Azərbaycan millisi çox yaxşı komandadı. Rəqibimiz yaxşı təşkil olunmuş kollektivdi. Heyətində yaxşı futbolçular var. Bu komandada italiyalı məşqçinin əli hiss olunur. Taktiki baxımdan çox yaxşıdılar. Biz səbirli oyun nümayiş etdirməliyik. Azərbaycan millisinə mütləq qalib gəlməliyik”.
Qeyd edək ki, Slovakiya - Azərbaycan oyunu sabah saat 22:45-də başlayacaq.