Millimizin potensial rəqibləri bilindi - Millətlər Liqası

6.02.2024 10:52 240
Yığma
Fevralın 8-də Fransanın paytaxtı Parisdə Millətlər Liqası turnirinin 2024/25-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 2100-da başlayacaq.

C Liqasının 2-ci səbətində qərarlaşan milli komandamızın potensial rəqibləri məlumdu. Millimiz 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alacaq.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının, 1-ci səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz.