Meksikada qətlə yetirildi

5.02.2024 23:19 149
Dünya futbolu
Boliviya yığmasının keçmiş müdafiəçisi Serxio Xauregi öldürülüb.

"Football-plus.az" xəbər verir ki, o, Meksikada həvəskarlar arasında keçirilən futbol matçı zamanı qətlə yetirilib.

38 yaşlı futbol veteranı su içmək üçün yan xəttə yaxınlaşıb. Həmin anda naməlum şəxs onun yanına qaçaraq odlu silahdan 6 dəfə atəş açıb. Serxio hadisə yerindəcə ölüb. O, peşəkar karyerasını 2012-ci ildə başa vurub. Xaureginin 2004-05-ci illərdə Boliviya yığmasında 13 oyun keçirdiyini də xatırladaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul