1/4 finalın Xorvatiya - Braziliya matçından (1:1, penalti seriyası - 4:2) sonra insident yaşanıb.
Football-plus.az xəbər verir ki, hadisə Braziliyanın San Paulu ştatının Barretos şəhərində baş verib.
Matçın sona çatmasından az sonra ticarət mərkəzində qarşıdurma başlayıb. İnsident bu məkanın qarşısında davam edib və atışma ilə nəticələnən kütləvi davaya çevrilib. Hadisə zamanı 17 yaşlı qız güllə yarasından ölüb, onun rəfiqəsi isə yaralanıb. Polisin məlumatına görə, 4 nəfər avtomobillə hadisə yerindən qaçıb. Qarşıdurmanın səbəbləri açıqlanmır.