• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” bu mövsüm həm çempionatı, həm də ölkə kubokunu qazanmaqla “qızıl dubl” edəcək”

Ölkə futbolu / Manşet

5-02-2024, 19:0

Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirildi.

Üç cütdə gərgin mübarizə izlədik. “Zirə” “Səbail”ə (2:1), “Neftçi” “Sumqayıt”a (3:2) minimal fərqlə qalib gəldi, “Araz-Naxçıvan” ev oyununda “Qəbələ” (1:1) ilə heç-heçə etdi. “Qarabağ” isə Murad Musayevin istefasına səbəb olan darmadağına imza atmaqla işi bitirdi. İlk oyundakı hesabı (7:1) nəzərə alsaq, artıq ağdamlıları yarımfinala vəsiqə münasibəti ilə təbrik etmək olar. 1/4 finalın ilk oyunları ilə bağlı mütəxəssis fikrinə ehtiyac duyduq.

Ceyhun Sultanov:

“Qarabağ” “Sabah”la taleyini həll edib. Qalan qarşılaşmalarınn isə maraqlı keçəcəyini gözləyirəm. Çünki “Zirə” ilə “Neftçi” rəqibini minimal hesabla məğlub edib. Həm də səfər qolu anlayışı ləğv edilib. Buna görə də hər üç görüş maraqlı olacaq. Bu oyunlarda hansısa komandanı favorit göstərə bilmirəm. Amma onu deyə bilərəm ki, ilk oyunda qalib gələnlərin müəyyən üstünlüyü var”.


Yunis Hüseynov:
“Kubok oyunlarını izlədim. Demək olar ki, “Sabah”dan başqa qalan komandaların şansı bərabərdi. Bildiyiniz kimi, kubok oyununda “ev, səfər” prinsipi ləğb olunub. Avropa Liqasına vəsiqə qazanmaqdan ötrü ən qısa yol budu. Bunu da bütün komandalar dərk edir. Ona görə də hamısı özünü yaxşı göstərməyə çalışır. Əsasən də aşağı pillələrdə qərarlaşan komandalar bu mübarizədə daha iddialıdı. Buna görə də komandaların şanslarının yarı-yarıya olduğunu düşünürəm. Oyun baxımından isə onu deyə bilərəm ki, qarşılaşmaların hamısı bərabər səviyyədə keçdi. Əlbəttə, “Qarabağ” istisnadı. Məsələn, “Neftçi” ilk hissəni 3 top öndə başa vursa da ikinci hissədə əvəzetmələrdəki tələskənliyinə görə bu fərq minimuma endi. “Zirə”yə gəlincə, ilk hissədə üstünlüyə sahib oldular, ikinci hissədə isə onlara qələbə qazandıran qolları vurmağı bacardılar. Amma cavab görüşü barədə dəqiq fikir söyləyə bilmərik. Hər qədər “Zirə”nin müəyyən üstünlüyü olsa da, “Səbail”in də bir o qədər şansı var. “Qəbələ” barədə isə onu deyə bilərəm ki, ötən mövsümdəki komandadan indi əsər-əlamət yoxdu. Doğrudu, “Qəbələ” vaxtilə bu kuboku qazanıb. Lakin indi komandada o perspektivi görmürük. Sadəcə, elitada qalmağa çalışan bir komanda görürük. Doğrusu, “Qəbələ” kimi akademiyası, meydançası, şəraiti olan bir komandanın elitadan düşməsini istəmərəm. Buna görə də onlara uğurlar arzulayıram. Dediyim kimi, bütün komandaların var qüvvəsiylə oynayacağını, kubok üçün gərgin mübarizə gedəcəyini düşünürəm. Amma fikrimcə, “Qarabağ” bu mövsüm həm çempionatı, həm də ölkə kubokunu qazanmaqla “qızıl dubl” edəcək”.


Bəxtiyar Musayev:
“Hər oyunu ayrı-ayrılıqda şərh edəcəm. İlk növbədə “Səbail” – “Zirə” (1:2) matçının ədalətli nəticəylə yekunlaşdığını deyə bilərəm. Çünki oyunda üstün tərəf “qartallar” idi. Ona görə də bu cütün taleyinin həll olduğunu düşünürəm. İnanmıram ki, “Zirə” doğma meydandakı cavab görüşündə “Səbail”ə məğlub olsun. İndiki duruma görə də “Zirə” “Səbail”dən bir addım daha öndədi. “Sabah” – “Qarabağ” (1:7) oyunu barədə artıq danışmaq istəmirəm. Mübarizənin taleyi artıq həll olunub. Cavab görüşü, sadəcə, rəmzi xarakter daşıyacaq. Həm də “Qarabağ” çempionatdakı oyunuyla da rəqib tanımadığını göstərir. Təbii ki, mərhələ adlayan tərəf də ağdamlılar olacaq. “Araz-Naxçıvan” – “Qəbələ” (1:1) cütünün taleyinə cavab görüşündə aydınlıq gələcək. Bu iki komanda arasında bərabər mübarizənin şahidi olduq. Amma kubok oyunlarındakı təcrübəsinə və cavab görüşünü doğma meydanda keçirəcəyinə görə “Qəbələ”nin bir qədər şanslı olduğunu düşünürəm. Samir Abasov “Sumqayıt” – “Neftçi” (2:3) oyunundan əvvəl verdiyi açıqlamada komandasının əsas gücünü çempionata yönəltdiyini bildirmişdi. Bu qarşılaşmada da belə göründü. Bu mərhələni “ağ-qaralar”ın adlayacağını düşünürəm. Həm “Neftçi”nin heyətinin “Sumqayıt”la müqayisədə daha geniş olması, həm də bakılıların səfərdə qalib gəlməsi buna təkan verən amillərdəndi. İnanmıram ki, “kimyaçılar” geridönüş edə bilsin”.


KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

25-01-2024, 20:0

“Qarabağ” “Zirə”ni qabaqladı

Premyer-liqa

6-09-2023, 16:0

Çempionluğa namizədlər hardadı?! - TURUN ŞƏRHİ

Ölkə kuboku

21-12-2023, 21:0

1/4 finalın bütün cütləri müəyyənləşdi

Premyer-liqa

21-07-2023, 16:0

Premyer-liqada mövsümün tam təqvimi

Ölkə kuboku / Manşet

22-12-2022, 16:0

Çempionatın liderləri yarımfinaldan kənarda qaldı

Premyer-liqa

4-10-2023, 13:0

“Qarabağ” artıq zirvəyə şərikdi – TURUN ŞƏRHİ

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Dünən, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Dünən, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Dünən, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Dünən, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Dünən, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Dünən, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Dünən, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Dünən, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Dünən, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Dünən, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Dünən, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Dünən, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Dünən, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
Daha çox
Oxunub: 299
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 207
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 151
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə