1/4 finalın bütün cütləri müəyyənləşdi

21.12.2023 21:34 221
Ölkə kuboku
Futbol üzrə ölkə kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.

“Football-plus.az" xəbər verir ki, 1/8 final oyunlarından sonra premyer-liqanın 8 komandası mübarizəni davam etdirəcək.

1/4 finalın ən maraqlı cütlüyündə “Sabah” və “Qarabağ” komandaları yarımfinala vəsiqə uğrunda bir-biri ilə qarşılaşacaq.

Ölkə kuboku
1/4 final
“Səbail” – “Zirə”
“Araz-Naxçıvan” – “Qəbələ”
“Sumqayıt” – “Neftçi”
“Sabah” – “Qarabağ”


Qeyd edək ki, bu raundun ilk oyunları yanvarın 30-31-də, cavab görüşləri isə fevralın 6-7-də keçiriləcək.