Əvəzedicilər liqasında 19-cu turun oyunları davam edir.
Srağagün turun iki qarşılaşması keçirildi. “Turan Tovuz” səfərdə “Kəpəz”ə minimal hesabla qalib gəlməyi bacardı. “Səbail” isə doğma meydanda “Zirə”ni darmadağın etdi. Dünən turun daha bir qarşılaşması baş tutdu. “Qarabağ” “Araz-Naxçıvan”ı 2 cavabsız topla məğlub edərək 3 xalı hesabına əlavə etdi. Bununla da “Zirə”nin xal itkisindən yararlanan “köhlən atlar” turnir cədvəlində bir pillə irəliləyərək 4-cü yerdə qərarlaşdı. Tura bu gün keçiriləcək “Qəbələ” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq.
23 yanvar
Kəpəz-2 – Turan Tovuz-2 0:1
Sadiq Şəfiyev, 77-p.
Səbail-2 – Zirə-2 4:0
Fərid Şahhüseyni, 20. Ayaz Mikayılov, 52. Məmməd Əhmədov, 56. Oruc Məmmədov, 78.
24 yanvar
Qarabağ-2 – Araz-Naxçıvan-2 2:0
Emil Binyətzadə, 26. Mirmövsüm Canıyev, 36.
25 yanvar
Qəbələ-2 – Sumqayıt-2
Qəbələ, şəhər stadionunun ehtiyat meydançası. Saat 14.00.
Turun ilk oyunu yanvarın 22-də keçirilib: Səbail-2 – Neftçi-2 1:3.
Xal durumu: Neftçi-2 – 49, Qəbələ-2 – 39, Sabah-2 – 37, Qarabağ-2 –30, Zirə-2 – 29, Sumqayıt-2 – 22, Səbail-2 – 21, Araz-Naxçıvan-2 – 19, Kəpəz-2 – 15, Turan Tovuz-2 – 10.
Bombardir: Ağadadaş Salyanski (Neftçi-2) – 14.