• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyə yığmasının daha iki üzvü klubunu dəyişdi

Dünya futbolu

5-02-2024, 18:0

Bu qış Türkiyə yığmasının bəzi üzvləri klublarını dəyişməyə üstünlük veriblər.

"Football-plus.az" xəbər verir ki, Samet Akaydının “Fənərbaxça”dan “Panatinaikos”a, Çağlar Söyüncünün isə “Atletiko”dan “Fənər”ə yollanmasının ardından daha iki futbolçu karyerasında yeni səhifə açıb. Söhbət Enes Ünalla Abdulkadir Ömürdən gedir.

“Xetafe”də artıq bir əfsanəyə çevrilmiş Enesin adı srağagün “Real”a qarşı oyunun iştirak ərizəsinə salınmadı. Bunun səbəbi onun premyer-liqa təmsilçisi “Bornmut”a keçməyə razılıq verməsidi. Madrid təmsilçisinin prezidenti Anxel Torres “Real”a qarşı oyundan öncə türkiyəli forvardı mövsümün sonuna qədər “Bornmut”a icarəyə verdiklərini açıqladı. Müqavilədə məcburi transfer maddəsi də mövcuddu. Yəni ingilislər yayda “Xetafe”yə 16,5 milyon avro ödəyərək bu futbolçunu daimi əsasda transfer edəcəklər. “Bursaspor”un yetirməsi olan Enes cəmi 26 yaşı olmasına baxmayaraq, Avropa futbolunda artıq yetərincə təcrübəyə malikdi. “Bornmut” onun karyerasındakı 10-cu klub olacaq! 2015-ci ildə “Mançester Siti” tərəfindən transfer edilərək ilk dəfə Avropaya yollanan Ünal bu klubda rəsmi matçda forma geyməsə də, icarə əsasında “Genk”, “Breda” və “Tvente”də çıxış edəndən sonra İspaniyaya yollandı. Burda isə sırasıyla “Vilyarreal”, “Levante” və “Valyadoli”din şərəfini qoruyan istedadlı futbolçu 2020-ci ildən “Xetafe”nin uğurları üçün tər tökürdü. Madrid təmsilçisində 3,5 mövsüm ərzində 109 rəsmi oyunda 36 qol, 10 məhsuldar ötürməlik performans sərgiləyən Enes hazırda klub tarixinin ən məhsuldar 5-ci oyunçusudu. Əslində onun ötən ilin yayında “Benfika”ya keçmək ehtimalı yüksək idi. Lissabonlular 20 milyon avro ödəməyə hazır idi. Amma Enes mayda şanssız şəkildə diz bağlarından zədələnərək əməliyyat olundu və 7 aylığa sıradan çıxdı. Bu üzdən o, cari mövsümdə cəmi 5 rəsmi oyuna çıxaraq hesabına iki məhsuldar ötürmə yaza bilib. Türkiyə yığmasında isə Ünal 32 oyun keçirib və 3 qol vurub.

“Trabzonspor”a lazım olmayan və bir müddət öncə sürpriz qərarla əsas heyətdən kənarlaşdırılan Abdulkadir Ömür isə gözlənildiyi kimi, Acun Ilıcalının komandasına, yəni “Hall Siti”yə qismət olub. 24 yaşlı solaxay vinger yeni klubu ilə 1 ili şərti olmaqla 2027-ci ilin yayına qədər müqavilə imzalayıb. Keçidin çox maraqlı detalları var. İngilislər trabzonlulara nəğd şəkildə 2,5 milyon avro ödəyəcək. Amma Abdulkadir heyətdə olduğu müddətdə “Hall Siti” premyer-liqaya yüksələcəyi təqdirdə onlar “Trabzonspor”a daha 2,5 milyon avro bonus ödəyəcək. Bundan başqa, Ömürün gələcəkdə başqa kluba transferindən əldə olunacaq gəlirin 50 faizi də qaradənizlilərə çatacaq. Və nəhayət, bu futbolçu gələcəkdə Türkiyəyə qayıtmaq istəyəcəyi halda, ilk növbədə “Trabzonspor”la danışıqlar aparmalı olacaq. “Bordo-mavililər”in öz yetirməsi olan, bütün karyerasını bu klubda keçirən Abdulkadir biri çempionluq olmaqla 4 titul qazanıb. O, “Trabzonspor”un heyətində 211 rəsmi oyunda 25 qol, 36 məhsuldar ötürməlik performans sərgiləyib. Türkiyə yığmasında isə 12 qarşılaşmada qol hesabını aça bilməyib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-05-2023, 14:0

Enes Ünal kimə qismət olacaq?

Dünya futbolu

28-06-2022, 23:0

''Yuventus'' Türkiyə yığmasının forvardı ilə maraqlanır

Dünya futbolu

22-12-2022, 17:0

Çağlar Söyüncü artıq qışda klubunu dəyişə bilər

Dünya futbolu

29-01-2023, 17:0

''Qalatasaray'' Türkiyə yığmasının üzvünü transfer etdi

Dünya futbolu

16-01-2024, 19:0

''Fənərbaxça''nın üzvü Terimin komandasına keçdi

Aktual
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
Son xəbərlər
  • Bu gün, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Bu gün, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Bu gün, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Bu gün, 18:00
    Klublarımız 3-cü təsnifat mərhələsinin qapısını aralaya biləcəkmi? - YENİLƏNİR
  • Bu gün, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Bu gün, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Bu gün, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Bu gün, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Bu gün, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Bu gün, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 185
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə