İtaliya klubunda yeni futbolçu

13.01.2023 15:17 227
Dünya futbolu
“Spetsiya” Salvatore Espozitonu heyətinə cəlb edib.

Football-plus.az xəbər verir ki, A seriyası təmsilçisi 22 yaşlı yarımmüdafiəçini SPAL-dan mövsümün sonuna qədər icarəyə götürüb.

“Spetsiya” İtaliya yığmasında ötən yay debüt edən Espozitonu daimi əsasda sıralarında saxlamaq üçün SPAL-a 3,25 milyon avro ödəməli olacaq.

Maraq üçün Salvatorenin bu komandada bütün turnirlərdə meydana çıxdığı 89 oyunda 10 qol vurduğunu və 9 məhsuldar ötürmə verdiyini bildirək.